Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(5-114)-324/2026 11.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinin X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 539.3-cü maddəsi ilə tərtib edilmiş 13 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib Müəyyənetdim: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti X3ndən daxil olmuş 13 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 Xidməti X3nin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 121412/2025 saylı sorğu məktubu Şəxs tərəfindən cavablandırılmamış və müvafiq sənədlərin nüsxələri şöbəyə təqdim edilməmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs hüquqi ünvanı İsmayıllı şəhəri M.Orucov küçəsi ev 100 olduğu halda, X2 Xidməti X3nin xx.xx.2025-ci il tarixli 3-17-5/2-121412/2025 saylı sorğu məktubu hüquqi şəxsin rəsmi ünvanına deyil, Bərdə şəhəri Məhsəti küçəsi ev 34 ünvanına göndərilmişdir. Bununla yanaşı, X2 Xidməti X3nin 13 yanvar 2026-cı il tarixli, MN ******* saylı İnzibati xəta haqqında işin aidiyyəti üzrfə göndərilməsi barədə Qərardadından görünür ki, Şəxs MMC-nin haqqında tərib edilmiş 13 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun və digər materialların baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti X3ndən daxil olmuş 13 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol natamam tərtib edilmişdir və işə baxılarkən həmin natamamlığı tamamlamaq mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında material İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə geri qaytarılmalıdır. İXM-nin 109.1 və 109.1.6-cı maddəsinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında tərtib olunmuş protokol natamam olduğundan və bu natamamlığı tamamlamaq mümkün olmadığından protokol və əlavə olunmuş materiallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti X3nə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 106 və 109cu maddələrini rəhbər tutub, Qərarverdim: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə olan 13 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti X1ytarılsın. X5
Məhkəmə qərarları › İş №3(5-114)-324/2026
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(5-114)-324/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver