Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(5-114)-326/2026 04.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə X2 tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pzoulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən barəsində tərtib edilmiş 12 yanvar 2026-cı il tarixli, **********6703 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsini və 1000 (bir min) manat məbləğində vergi məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, işə inzibati məhkəmədə baxılmalı olduğu halı X1 izah edilməklə şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmalıdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 avqust 2007-ci il tarixli qərarına əsasən inzibati orqanların siyahısı təqdiq edilmiş, vergi orqanları inzibati orqan olaraq müəyyən edilmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) 40.0. İnzibati xətalar haqqında işlərə: 40.0.1. rayon (şəhər) məhkəmələri və hərbi məhkəmələr; 40.0.2. uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); 40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar 110.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində tərtib edilmiş 12 yanvar 2026-cı il tarixli, **********6703 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsinə dair şikayət və ona əlavə olunmuş materiallar ona geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(5-114)-326/2026
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(5-114)-326/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver