Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(5-114)-448/2026 12.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məmmədova Gülnaz Cəlil qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə rayon Polis Şöbəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Maceta” Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə icasında iştirak etməmişdir. İnzibati işin materiallarına istinad: İnzibati iş materiallarına əlavə edilmiş 20 oktyabr 2025-ci il tarixli İXP7516465 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X1 Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan “VAZ21214 Urban minik” markalı ** AA *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini (İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) inzibati xətanın törətməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fizki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Həmçinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, "Maceta” X1 Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan “VAZ21214 Urban minik” markalı ** AA *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini 15 sentyabr 2025-ci il tarixdə saat 10:26-də Mingəçevir şəh Bəhramtəpə yolunun 70-ci kilometirliyində (İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) inzibati xətanın törətməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fizki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Həmçinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulması barədə də xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə DYPB-nin polis mayoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 347-ci maddəsi ilə 20 oktyabr 2025-ci il tarixli, İXP № 751646 saylı protokol tərtib edilmişdir. İstinad edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə–vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, iş materiallarında olan sübutları tədqiq edərək, hesab edir ki, Şəxs İXM-nin 347-ci maddəsi üzrə təqsiri sübuta yetirilmir. Belə ki, Şəxs X1 Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan “VAZ21214 Urban minik” markalı **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə yetəri qədər sübutlar iş materiallarına əlavə edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(5-114)-448/2026
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(5-114)-448/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver