Məhkəmə qərarları › İş №3(5-114)-458/2026

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(5-114)-458/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(5-114)-458/2026 03.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1, Şəxs MMC barəsində Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Bərdə rayon Polis Şöbəsindən tərəfindən İXP № ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur ondan ötrü ki, Şəxs MMC-nin istifadəsində olan Mitsubishi L200 minik markalı, 09AA175 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 342.7-ci kilometrində Bakı istiqamətində müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşmışdır. Odur ki, Şəxs MMC barəsində İXM-in 347-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətа haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, sənədlər natamam olduğuna görə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Bərdə rayon Polis Şöbəsi tərəfindən başlanmış inzibati xəta haqqında icraat barədə "xxxx" MMC-nə bildirişin çatdırılması barədə təqdiqedici sənəd iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən sənəd əlavə edildikdən sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bərdə rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, 07 yanvar 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, ona əlavə olunmuş sənədlərlə birlikdə Bərdə rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib edilmiş 07 yanvar 2026-cı il tarixli, İXP ******* inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bərdə rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar