Məhkəmə qərarları › İş №3(5-114)-54/2026

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(5-114)-54/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(5-114)-54/2026 19.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Gülnaz Cəlil qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (direktoru) X1 iştirakı ilə, Bərdə Rayon Polis Şöbəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2024cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Bərdə Rayon Polis Şöbəsinə məlumat verilsə də inzibati xəta haqqında protokol tərtib edən şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin direktoru X4 izahatında göstərmişdir ki, protokolun tərtib olunması barədə heç bir məlumatları olmamışdır. Bu barədə müəssisəyə heç bir bildiriş gəlməmişdir. “QAZ 3110-103” minik markalı, 09AA213 dövlət qeydiyyat nişanlı avtomobil Şəxs ASC-yə məxsus olsa da istismara tam yararsız olduğundan təmir sexindən gətirilərək Şəxs ASCnin inzibati binasının qarşısında yerləşdirilmiş, heç bir zaman istifadə edilməmiş, heç kim tərəfindən idarə edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin direktoru X2 dinləyib,inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan “QA3110-103 minik” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 dekabr 2025-ci il tarixdə saat 10:32-də Bərdə şəhəri Səməd Vurğun küçəsində (İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) inzibati xətanın törətməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fizki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Həmçinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulması barədə də xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan “QAZ 3110-103” minik markalı, 09AA213 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 dekabr 2025-ci il tarixdə saat 10:32-də Bərdə şəhəri Səməd Vurğun küçəsində (İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) inzibati xətanın törətməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Həmçinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulması barədə də xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə DYPB-nin polis mayoru X3 tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-nin 347-ci maddəsi ilə 20 dekabr 2025-ci il tarixli, İXP № ******* saylı protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin İXM-in 347-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetirilmir. Belə ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Bərdə Çörək ” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan “QAZ 3110-103” minik markalı, 09AA213 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 dekabr 2025-ci il tarixdə saat 10:32-də Bərdə şəhəri Səməd Vurğun küçəsində (İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) inzibati xətanın törətməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi barədə bildiriş əlavə edilsə də həmin bildirişin Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və ya vəzifəli şəxsi tərəfindən alınması barədə sübut iş materiallarına əlavə edilməmişdir. Odur ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında inzibati hadisə olmadığından icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar