Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(5-114)-55/2026 12.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1, “X4” ASC barəsində Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: “X4” ASC barəsində Bərdə rayon Polis Şöbəsindən tərəfindən İXP № ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur ondan ötrü ki, “X4”ASC istifadəsində olan MMZ 555 V yük markalı, 09AC270 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bərdə rayonu, Bakı küçəsi istiqamətində yolda müəyyən edilmiş hərəkət surətini 16 km/saat həddində aşmışdır. Odur ki, “X4” ASC-nin barəsində İXM-in 347-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətа haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, sənədlər natamam olduğuna görə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Bərdə rayon Polis Şöbəsi tərəfindən başlanmış inzibati xəta haqqında icraat barədə “X4” ASC-yə bildirişin çatdırılması barədə təqdiqedici sənəd iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən sənəd əlavə edildikdən sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bərdə rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, 20 dekabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, ona əlavə olunmuş sənədlərlə birlikdə Bərdə rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X4” ASC barəsində tərtib edilmiş 20 dekabr 2024-cü il tarixli, İXP ******* inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bərdə rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(5-114)-55/2026
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(5-114)-55/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver