Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(5-114)-608/2026 25.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, Cəlilzadə Mehran Anar oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2026-cı il tarixli, İXP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərardan X2 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protoldan müəyyən olunur ki, X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə unzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsinə və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta hadisəsi törədilmədiyindən və həmin hissədə inzibati xəta hadisəsi olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək ona yazılmış cərimə məbləğinin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək ümumilikdə 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Onun barəsində qəbul olunmuş yol, yolayrıcı keçmə qaydalarının pozulması ilə nəticələnən inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2cü maddəsi ilə inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun heç bir nöqsanı və təsiri olmadan və hər hansı bir video və ya foto sübut olmadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yevlax rayon X9nin polis leytenantı X4 işi araşdırmadan protokol tərtib edib onu 100 manat cərimə etməsi absurd və qeyri-qanunidir. Bu səbəbdən də sözügedən cərimə məbləği silinməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayəti müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, atasının adına olan avtomobili etibarnamə əsasında idarə etmişdir. Heç bir qayda pozuntusu etməmiş, yol ayrıcına daxil olarkən solundakı avtomobili qanuni şəkildə buraxaraq dönmüşdür. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş orqan Yevlax Rayon Polis Şöbəsinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Yevlax Rayon Polis Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokol tərtib etmiş orqan Yevlax RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, X2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzbati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 02 fevral 2026-cı il tarixli, İXP ******* saylı protokolundan X3 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X3 xx.xx.2005ci ildə Bərdə rayonu Həsənqaya kəndində anadan olmuşdur, Bərdə rayonu Həsənqaya kəndində qeydiyyatdadır. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 02 fevral 2026-cı il tarixli, İXP ******* saylı protokoldan görünür ki, X1 şəhəri H.Əliyev prospekti 115A ünvanda “yolayrıcını keçmə qaydalarını” pozduğuna görə barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM): 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. 129.1-ci və 129.1.3-cü maddələrinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət və ya protest verilir. 327.2-ci maddəsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edildi ki, X3 02 fevral 2026-cı il tarixdə idarə etdiyi VAZ- 21099 minik markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri H.Əliyev prospekti 115A-da yolayrıcını keçmə qaydalarına riayət etməmiş, qarşıdan gələn avtomobilə yol verməyərək hərəkəti davam etdirmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 şikayətinin əsaslı olması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, inzibati xətanın törədilməsi anını əks etdiyən videogörüntüdən müəyyən edilmişdir ki, Ramal İsmayılov ona istinad edilən inzibati xətanı törətmişdir. İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə iclasında araşdırılan sübutlarla Ramal İsmayılovun hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Ramal İsmayılovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət təmin edilməsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(5-114)-608/2026
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(5-114)-608/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver