Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(5-114)-609/2026 05.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qabil qızının sədrliyi, X5 iclas katibliyi, Protokol tərtib etmiş şəxs X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bərdə rayon Vəkil Burosunun vəkili Vəkil iştirakları ilə, Ş/V: AA*******, xx.xx.1994-cü il tarixdə Bərdə rayonu, Gülgəzli kəndində doğulmuş, orta təhsilli, subay, Bərdə rayonu, Kolayır Ərazi Dairəsinin Gülgəzli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Hətəmov X7 Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon icra və probasiya şöbəsi xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuş və baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X8 izahatında göstərdi ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)- 456/2025 saylı icra vərəqəsinə əsasən Şəxs 9600 manat pul, 121 manat dövlət rüsumu və 320 manat vəkil xidmət haqqı, cəmi 10040 manat alınaraq iddiaçı X3 verilməlidir. İcra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuş və borcluya tələbin könüllü ödənilməsi barədə bildiriş poçt vasitəsi ilə göndərilmiş, lakin electron SMS bildiriş göndərilməmişdir. Borclu icra və probasiya şöbəsinə gəlmədiyindən ona rəsmi məlumat verilməmişdir. Hazırda borclunun icra sənədi üzrə tələbkara 10040 manat borcu yaranmışdır. Borcludan icra sənədi üzrə borcun ödənilməsi tələb edilmiş, lakin borclu borcu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X2 icarəyə avtomobil götürmüş, gündəlik 25 manat ödəniş etmişdir. Avtomobil təmir olunarkən tələbkar tərəfindən təmir olunmuş, xərc onun üzərinə yazılmışdır. X6 onu Notariat Ofisinə aparmış və onun X3 9600 manat borcu yaranması barədə müqavilə bağlamışlar. Həmin xərci aylıq 25 manat ödənişdən əlavə 20 manat 18 ay X3 ödənişlər etmişdir. X6 ona qarşı məhkəmədə qaldırdığı iddia üzrə məhkəmə iclaslarından məlumatı olmamış və məhkəmə iclaslarında iştirak etməmişdir. Həmçinin icra sənədi barədə ona Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən məlumat verilməmişdir. Belə ki, avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi baş vermiş, yol nəqliyyat hadisəsi zamanı xəsarət almış və bir müddət xəstəxanada yatmışdır. X1 məxsus olduğundan avtomobil əlindən alınmışdır. Xəstəxanadan çıxdıqdan sonra aliment borcu yarandığından həbs olunmuş, yeni həbsdən azad olunmuşdur. Barəsində inzibati protokol tərtib edilən gün - xx.xx.2026-cı il tarixdə icra məmuru tərəfindən Bərdə rayon icra və probasiya şöbəsində ona Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)- 456/2025 saylı icra vərəqəsinə əsasən X3 cəmi 10040 manat pul ödəməli olduğu izah edilmişdir. Lakin keçən müddət ərzində onun icra sənədi barədə məlumatı olmamışdır. Hesab edir ki, barəsində tərtib edilmiş protokol əsassızdır. Öna görə də protokol üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki, borclu Şəxs ona qarşı X6 tərəfindən qaldırılmış iddia tələbi üzrə məhkəmə iclaslarından və hazırki icra sənədindən heç bir məlumatı olmamışdır. Odur ki, borclunun barəsində tərtib edilmiş inzibati protokolu əsassız hesab edir və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barədə İXM-in 528.1ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-456/2025 saylı icra vərəqəsindən görünür ki, Şəxs 9600 manat pul, 121 manat dövlət rüsumu və 320 manat vəkil xidmət haqqı, cəmi 10040 manat pul alınaraq iddiaçı X3 verilməlidir. xx.xx.2025-ci il tarixli (icraata başlama haqqında) qərardan görünür ki, Bərdə rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-456/2025 saylı icra sənədi üzrə icraata başlanılmış və icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli (tələbin könüllü icrası haqqında) bildirişdən görünür ki, Şəxs icra sənədi üzrə borcu könüllü olaraq ödəməsi üçün 10 gün müddət verilmişdir. xx.xx.2025-ci il tarixli №e95202/2025-43-4 saylı, xx.xx.2025-ci il tarixli №e95202/2025- 43-4 saylı və xx.xx.2025-ci il tarixli №e95202/2025-43-4 saylı xəbərdarlıqlardan görünür ki, Şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-456/2025 saylı icra sənədi üzrə müəyyən olunmuş 10040 manat borcun ödənilməsi, ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumat verilmişdir. Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra sənədi üzrə Şəxs rəsmi yaşayış ünvanı olan Bərdə rayonu, Gülgəzli kəndində yerləşən evə baxış keçirilmiş, borclunun qohumları borclunun həmin ünvanda yaşamadığını və Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşadığını bildirilmişdilər. Həmçinin həmin ünvanda borclunun üzərinə həbs qoyulacaq heç bir əmlakı aşkar edilməmişdir. Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli (borclunun axtarışı haqqında) Qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Bərdə rayon Polis şöbəsinin xx.xx.2026-cı il tarixli, 3-13-68/2-29637/25 saylı məktubundan (məlumatından) görünür ki, Şəxs yerinin müəyyən edilməsi məqsədi ilə onun barəsində xx.xx.2025-ci il tarixdə Bərdə rayon polis şöbəsində 300302 saylı yerli axtarış işi açılmışdır. Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı tarixli, MN №2327140 nömrəli protokoldan görünür ki, borclu Şəxs icra sənədinə əsasən 10040 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra vərəqəsi barədə məlumat verilməmiş, protokol tərtib edilən gün məlumatlandırılaraq öhdəliyini yerinə yetirmək üçün 10 (on) gün könüllü müddət verilmədən barəsində protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Bu halda və hazırda borclunun həmin borc məbləğini qismən və ya tam olaraq birdəfəlik ödəmək iqtidarında olmaması borclunun icra sənədini icra etməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetiməkdən yayınması kimi qiymətləndirilə bilməz. Belə olan halda Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonar CM) 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 53.1.2, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Lamiyə Hüseynquliyeva
Məhkəmə qərarları › İş №3(5-114)-609/2026
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(5-114)-609/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver