Məhkəmə qərarları › İş №3(5-114)-62/2026

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(5-114)-62/2026

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(5-114)-62/2026 08.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsinə inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 442-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 442-ci maddəsi ilə inzibati xəta törətməsinə dair, Bərdə Rayon Polis Şöbəsi tərəfindən 08 yanvar 2026-cı il tarixli MN №2280602 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 08 yanvar 2026-cı il tarixli MN №2280602 saylı saylı protokoldan görünür ki, Şəxs Bərdə rayonu Əyricə kəndində 25 dekabr 2025-ci il tarixdə 442-ci maddəsinə əsasən protexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs izahatında göstərmişdir ki, yaşadığı ünvanda özünə məxsus olan mağazaya 130 ədəd pirotexniki vasitələri satmaq məqsədilə gətirmiş, lakin satmamış, həmin pirotexniki vasitələr Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmə işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl Bərdə Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 45-ci bəndinə əsasən İnzibati Xətalar Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: 45.1-ci bəndinə əsasən malların istehsalına münasibətdə (qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalı istisna olmaqla) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından – bu Siyahının 16.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edilir. Həmin Siyahının 45.2-ci bəndinə əsasən qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin satılması, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) istisna olmaqla malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından – bu Siyahının 16.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. Həmin Siyahının 16.2-ci bəndinə əsasən inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional şöbələrin və bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi tərəfindən tərtib edilir. Qeyd edilən Fərmanla təsdiq edilmiş Siyahıdan görünür ki, İnzibati Xətalar Məcəlləsi 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi tərəfindən deyil, məhz Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyin yuxarıda sadalanan vəzifəli şəxslərindən biri tərəfindən tərtib edilməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol səlahiyyəti olmayan orqan tərəfindən tərtib olunduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 08 yanvar 2026-cı il tarixli MN №2280602 saylı protokol Bərdə Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 442-ci maddəsi ilə tərtib olunmuş 08 yanvar 2026-cı il tarixli MN №2280602 saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar