Məhkəmə qərarları › İş №3(5-115)-111/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-111/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-111/2026 05.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi ilə, xx xxxxx 1954-cü ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil, orta ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 25 oktyabr 2025-ci il tarixdə saat 13 radələrində Ələt-Astara-İran sərhəd avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 89,9-cu kilometrliyində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti ev 1-də yaşayan, 1985-ci il təvəllüd X3 idarə etdiyi “X8 817 yük” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşıda eyni istiqamətdə hərəkətdə olan ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 4 yaşayan, 1954-cü il təvəllüdlü Şəxs idarə etdiyi “Kia Rio” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncunun avtomobilində əyləşmiş 12 sentyabr 1956-cı il təvəllüdlü X2 yüngül bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində X X12 Xidməti inspektoru polis baş serjantı X5 tərəfindən 25 oktyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 28 yanvar 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs arvadı X2 (inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs) məhkəməyə poçtteleqram vasitəsi ilə müraciət edərək, əri Şəxs səhhəti və yaşı ilə bağlı məhkəmə iclasında iştirak eləyə bilməyəcəyini göstərərək, hadisənin törədilməsində özünü təqsirli bildiyini, cərimə olunacağı təqdirdə imkanının aşağı olması ilə bağlı həmin məbləği ödəyə bilməyəcəyini, ona görə də sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və patoloji X4 Hüquqi Şəxsin 28 noyabr 2025-ci il tarixli 519 nömrəli ekspert rəyindən görünür ki, Şəxs bədənində aşkar edilmiş xəsarət - boyun əzələ-bağ aparatının gərilməsi və ağrı sindromu hesabına hərəkət funksiyasının nisbi pozulması ilə müşayiət olunan ənsə, sağ gicgah və boyun nahiyələrinin iri həcmli hematoma halında əzilməsi bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 25 oktyabr 2025-ci il tarixdə törənə bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilməsi mümkündür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və patoloji X4 Hüquqi Şəxsin 28 noyabr 2025-ci il tarixli 520 nömrli ekspert rəyindən görünür ki, Z.Ə.Məmmədovanın bədənində aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyəsinin geniş həcmli dərialtı hematoması, sağ diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan iri həcmli hematoma halında əzilməsi, sağ bazunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 25 oktyabr 2025-ci il tarixdə törənə bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Z.Ə.Məmmədovanın bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 dekabr 2025-ci il tarixli, 8/2551 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Rio” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs 43-cü maddəsinin 2-ci hissəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almaq texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: hərəkət üçün təhlükə yaranan anda X10 817 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 71 metrdən kiçik olmasının müəyyən olunması şəraitində sürücü Elchiev Sakhibin hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır; hərəkət üçün təhlükə yaranan anda X10 817 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 71 metrdən böyük olmasının müəyyən olunması şəraitində sürücü Elchiev Sakhibin hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinə göndərilməsi qərara alınmışdır.. “İnzibati xəta haqqında” 25 oktyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı protokoldan görünür ki, Şəxs 25 oktyabr 2025-ci il tarixdə saat 13 radələrində idarə etdiyi “Kia Rio” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 idarə etdiyi “X8 817 yük “markalı **-KL-*** dövl qeydiyyat nişanlı avtomobil ilə Ələt-Astara-İran sərhəd avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 89,9-cu kilometrliyində hərəkətdə olan zaman toqquşmuş, nəticədə “Kia Rio” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilində əyləşmiş sərnişini yüngül bədən xəsarəti almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılırması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar