Məhkəmə qərarları › İş №3(5-115)-112/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-112/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-112/2026 21.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Biləsuvar RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Biləsuvar şəhəri, S.Rufullayev küçəsi, ev 12-də yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 334.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 00:20 radələrində idarə etdiyi tanışı Asim Talıbova məxsus Niva markalı **-BA-*** nömrəli avtomobillə Biləsuvar şəhərində sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə edərkən YPX-nin əməkdaşları onu saxlamış və bu zaman Şəxs sərxoş olduğu müəyyən edilmişdir.Qeyd olunanlara əsasən Şəxs barəsində Biləsuvar Rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən İXP seriyalı № ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Biləsuvar RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X3 ifadəsində göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 00:20 radələrində idarə etdiyi Niva markalı avtomibillə Biləsuvar şəhəri ərzaisində hərəkətdə olarkən sərxoş olduğu müəyyən edilmiş və o, saxlanılaraq sərxoşluğu yoxlanılmış, həqiqətən də Şəxs yüngül sərxoş olması müəyyən edilmişdir.Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə avtomobil idarə etidiyinə görə İXM-nin 334.1-ci maddəsi ilə 500 manat cərimə edilmişdir.Odur ki, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə X3 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, özünü İXM-nin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək, əməlini etiraf etmişdir. O, əməlindən səmimi peşman olduğunu deyərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı Biləsuvar Rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X2 tərtib etdiyi İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarına əlavə edilmiş tibbi müayinə aktından görünür ki, müayinə nəticəsində Şəxs yüngül dərəcəli sərxoş olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlildir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək, nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, həmin hərəkəti ilə qanunla qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli və hüquqa zidd əməl törətmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və tibbi müayinə aktı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 334.2-ci maddəsi ilə tövsüf edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən hallar onun əməlindən səmimi peşman olması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlil olmasıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar isə yoxdur. Məhkəmə hesab edir ki, Şəxs təqsirləndirildiyi İXM-in 334.2-ci maddəsində inzibati xətanın tərkib əlaməti kimi xətanın sərxoş halda törədilməsi nəzərdə tutulduğundan tənbeh təyin edilərkən bu hal İXM-in 33.3-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə işin bütün hallarını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinə əsasən cərimə növündə inzibati tənbeh təyin edilməsi daha məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 34-1,40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsi tətbiq olunmaqla, Şəxs barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar