Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-134/2026 09.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən Biləsuvar RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5, inzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1964-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tanbehi olmayan, Biləsuvar şəhəri M.Müşviq küçəsi ev 3-də qeydiyyatda olan və Biləsuvar şəhəri, A.Məmmədov küçəsi, ev 9-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 272-1-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2026-ci il tarixdə saat 15:40 radələrində Biləsuvar rayonu PMK-19 adlanan yerdə əkin sahəsində “Tula” markalı 16 çaplı ov tüfəngi ilə bir ədəd çöl quşu ovlamışdır. Buna görə də Şəxs barəsində Biləsuvar rayon Polis Şöbsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 tərəfindən 22 yanvar 2026-cı il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati protokolu tərtib etmiş Biləsuvar RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 izahat verərək Şəxs xx.xx.2026-ci il tarixdə saat 15:40 radələrində Biləsuvar rayonu PMK-19 adlanan yerdə əkin sahəsində “Tula” markalı 16 çaplı ov tüfəngi ilə qanunsuz ovla məşğul olarkən saxlanılmasını bildirərək, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xətanı törətmiş şəxs Şəxs protokolda göstərilənləri təsdiq edərək bildirmişdir ki, xx.xx.2026-ci il tarixdə dostu X1 ona məxsus olan “Tula” markalı 16 çaplı ov tüfəngini ova getmək üçün istəmiş və ov tüfəngini götürərək, Biləsuvar rayonu PMK adlanan ərazinin ətrafında, əkin sahəsində bir ədəd çöl quşu ovlamışdır.Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. Hazırda əməlindən peşimandır, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 272-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Şəxs “Tula” markalı 16 kalibrli, 16908 nömrəli yivsiz ov silahından istifadə etməklə qadağan olmuş vaxtda və yerdə ov etəmsi aşkar edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 272-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını və İXM-in 26.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində bir ədəd ov quşu olan qaşqaldaq müsadirə edilməklə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə bir ədəd ov quşu olan qaşqaldaq müsadirə edilməklə 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs götürülmüş və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan 1 ədəd “Tula” markalı 16 kalibrli, 16908 nömrəli yivsiz ov tüfəngi sahibi X4 qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(5-115)-134/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-134/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver