Məhkəmə qərarları › İş №3(5-115)-15/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-15/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-15/2026 07.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon X6 PB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, bina 13, mənzil 27-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon X6 PB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 07 yanvar 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə Biləsuvar rayonu Səmədabad kəndi ərazisində Şəxs üzərindən 3,081 qram narkotik maddə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon X6 PBnin sahə rəisi, polis kapitanı X2 göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi Z.Qasımov küçəsi, bina 13, mənzil 27-də yaşayan xx.xx.1998-ci il təvəllüdlü Şəxs rayon ərazisində narkotik vasitələr və psixotrop maddədən istifadə etməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Şəxs Biləsuvar rayonu Səmədabad kəndi ərazisində tərəflərindən müəyyən edilərək RPŞ-nə dəvət olunmuş, xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji xəstəxanasında ambulator məcburi narkoloji tibbi müayinə zamanı Şəxs “kannabinoidlərin” istifadə halları olduğu, lakin asılılıq sindromu aşkar olunmadığı, məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. Məhkəmə iclasında Şəxs İXM-in 206-cı maddəsi ilə özünü təqsirli hesab edərək əməlindən səmimi peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli AZA № 020104 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanasının xx.xx.2026-cı il tarixli 07 saylı rəyinə əsasən ambulator məcburi narkoloji tibbi müayinə zamanı Şəxs “kannabinoidlərdən” istifadə hallarının olduğu, lakin asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunmadığı, məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkkəmə Ekspertizası X7 Bölməsinin 26 dekabr 2025-ci il tarixli HK-1/422 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar edilmiş vasitə....” sözlər və imzalar olan bir ədəd zərfdəki üzərində sözlər və imzalar olan digər zərdin içərisində 1 ədəd bükülmüş təmiz çəkisi:-3,081 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixianadır.Marixuananın təmiz çəkisi 3,081 qr, tədqiqata sərf olundu- 0,1 qr, qalıq-2,981 qr. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmaqla, ərazi narkoloji disponserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, Şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 2,981 qram olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 2,981 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar