Məhkəmə qərarları › İş №3(5-115)-17/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-17/2026

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-17/2026 08.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, Şəxs, xx xxxxxx 1994-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar şəhəri, Nizami Gəncəvi küçəsi, ev 130da qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Biləsuvar rayon X2 daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanmasına dair məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində 05 avqust 2025-ci il tarixli, EQ 29744896 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat, 30 avqust 2025-ci il tarixli, EQ 30299011 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 manat və 20 avqust 2025-ci il tarixli, EQ 30078656 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 manat məbləğlərində inzibati cərimələr tətbiq edilmişdir. Şəxs yuxarıda göstərilən həmin qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Biləsuvar rayon X3 tərəfindən 20 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP seriyalı, 7688176, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edimiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin “AsanPay” portalının çıxarışlarından görünür ki, Şəxs inzibati xəta haqqında qərarlar üzrə cərimə və dəbbə pullarını ödəmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunmalı və həmin şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 38,53,106,109-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunsun və Şəxs barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar rayon Məhkəməsinin sədri Rəfayil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar