Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-188/2026 12.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Əliyeva Aytəkin Güləli oğlu, X1 məhkəmə-iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 06 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30464876 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 (dörd yüz) manat və 28 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30970141 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 (əlli) manat məbləğində inzibati cərimələr tətbiq edilmişdir. Şəxs yuxarıda göstərilən həmin elektron qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən müvafiq olaraq, 23 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP seriyalı, ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə inzibati xəta haqqında materiala tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “AsanPay” ödəniş portalından əldə olunmuş çıxarışdan görünür ki, Şəxs 06 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30464876 saylı və 28 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30970141 saylı inzibati tənbeh vermə haqqında qərarlar üzrə inzibati cərimələri və hesablanmış dəbbə pulunu ödəməmişdir. “İnzibati xəta haqqında” 23 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 06 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30464876 saylı protokol üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İnzibati xəta haqqında” 23 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 28 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30970141 saylı protokol üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə tövsif olunmuşdur, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə Şəxs barəsində çıxarılmış və qanuni qüvvəyə minmiş inzibati xəta haqqında işlər üzrə müvafiq elektron qərarlar hazıradək icra edilmədiyinə görə həmin şəxsin inzibati məsuliyyətdən azad edilməsinə əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququnu məhdudlaşdırma növündə tənbeh verilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 11 (on bir) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Aytəkin Əliyeva
Məhkəmə qərarları › İş №3(5-115)-188/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-188/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver