Məhkəmə qərarları › İş №3(5-115)-201/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-201/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-201/2026 09.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 AR Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2026-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində AR Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X4 məhkəmə iclasında bildirmişdir ki, o, heç bir qayda pozuntusu etmədiyi halda YPX əməkdaşı X6 onu haqsız yerə cərimə etmişdir. Odur ki, AR Daxili İşlər Nazirliyi Bakı şəhər Polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş AR Daxili İşlər Nazirliyi Bakı şəhər Polis idarəsinin əməkdaşı məhkəmə iclasına gəlməmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, X3 AR Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhər DYPİ polis kapitanı X7 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı, ******* saylı qərardan görünür ki, X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 100 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.1 və 31.2-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, yuxarıda qeyd edilənləri, habelə işdə iştirak edən şəxsin izahatını, işə əlavə edilmiş sənədləri nəzərə alaraq hesab edirəm ki, X3 barəsində Bakı şəhər DYPİ polis kapitanı X7 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət rədd edilməli və həmin qərar qanuni və əsaslı hesab edilməlidir. İXM-in 8-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 84-cü maddəsinəı görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilməlidir ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X3 AR Daxili İşlər Nazirliyi Bakı şəhər DYRİ-nin xx.xx.2026-ci il tarixli, TP seriyalı, ******* saylı qərarından verilmiş şikayət təmin edilməsin. Bakı şəhər DYPİ polis kapitanı X7 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı, ******* saylı qərar qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar