Məhkəmə qərarları › İş №3(5-115)-231/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-231/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-231/2026 25.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Əliyeva Aytəkin Güləli qızı, X1 məhkəmə-iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1996-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, "xxxx" MMC-də işləyən, subay, orta təhsilli, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Biləsuvar Rayon Polis Pöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş 02 fevral 2026-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 fevral 2026-cı il tarixdə, saat 22:45 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla “X4 minik” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Biləsuvar rayonu ərazisində spirtli içkidən istifadə edərək idarə etmişdir. Buna görə də Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən törədilmiş xətalara əsasən məcəllənin 333.1-ci maddəsi üzrə işə baxmağa səlahiyyətli orqan rayon (şəhər) məhkəmələri olaraq təsbit edildiyi üçün müvafiq protokol baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək az miqdarda spirtli içki qəbul etdikdən sonra nəqliyyat vasitəsini idarə etdiyini, törətdiyi əmələ görə peşman olduğunu və gələcəkdə belə hallara yol verməyəcəyini bildirmiş, hazırda nişan və toy mərasimi ərəfəsində olması səbəbilə nəqliyyat vasitəsinin onun üçün zəruri olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında” 02 fevral 2026-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmətməkdə təqsirli bilinir. “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müayinə etmək üçün tibbi müayinəyə göndərilmə haqqında” 02 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” 02 fevral 2026-cı il tarixli aktdan görünür ki, “X4 minik” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar şəhəri ərazisində idarə edərkən saxlanılmış və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə göndərilmiş Şəxs spirtli içkinin qəbulu nəticəsində yaranmış sərxoş vəziyyəti müəyyən edilmişdir. “İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi” barədə 10 fevral 2026-cı il tarixli Qərardada əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələbini pozduğu üçün toplanmış materialların məhkəmə səlahiyyətinə aid olması səbəbilə Biləsuvar rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə əsaslı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə Şəxs İXM-nin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və ona əlavə edilmiş sənədlərdə öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə, törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, ilk dəfə inzibati xəta törətdiyini, inzibati tənbehin məqsədlərinə nail olacağını nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Nəticə: Qeyd olunanları nəzərə alaraq və İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytəkin Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar