Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-259/2026 25.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məsləhətçi (iclas katibi) Məlikov Elnur Rafiq oğlunun katibliyi ilə, X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan şəhəri 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin barəsində inzibati tənbeh vermə haqqında 29 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarından şikayətinə və ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan şəhəri 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin barəsində inzibati tənbeh vermə haqqında 29 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati qərarının ləğv edilməsi və ötürülmüş prosessual müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan şəhəri 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 29 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarı ilə 300 (üç yüz) manat cərimə edilmişdir. Hesab edir ki, adı çəkilən qərar qanunsuz və əsassızdır. Belə ki, 2007-ci ildən Biləsuvar rayon İcra Hakimiyyəti ilə torpaq icarə müqaviləsi bağlamaqla 20 hektar torpaq sahəsini balıqçılıq məqsədi ilə istifadə edir. Sonuncu müqaviləsi Biləsuvar rayon İcra Hakimiyyətinin 30 dekabr 2010-cu il tarixli sərəncamı ilə olmuşdur. Həmin müqaviləyə əsasən 20 hektar ərazidə balıq saxlayır. Bunun üçün 19 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəy də almışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 29 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarının müəyyən etdi hissəsində istifadəsində olan 20 ha dövlət ehtiyat fondu torpağında qanunsuz olaraq süni balıq gölləri yaradaraq akvakultura aparması faktının müəyyən edildiyi göstərilmişdir. Buna görə də o, İXM-nin 275.1.1-ci maddəsi ilə cərimə edilmişdir. Barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan şəhəri 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 29 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarı qəbul edilərkən ona məlumat verilməmiş və ümumiyyətlə həmin qərardan məlumatsız olmuşdur. Hesab edir ki, adı çəkilən qırardan şikayət vermə müddəti üzrlü səbəbdən buraxılmışdır. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan şəhəri 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin barəsində inzibati tənbeh vermə haqqında 29 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarından şikayət verməklə yanaşı, həmin qərardan qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməklə bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan xəbərnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan şəhəri 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən X2 ünvanına inzibati tənbeh vermə haqqında 29 noyabr 2024-cü il tarixli MN ******* saylı qərar xx.xx.2024-cü il tarixdə rəsmi olaraq göndərilmişdir. X5 həmin qərarı imza etməklə xx.xx.2024-cü il tarixdə almışdır. İXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından görünür ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan şəhəri 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 29 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarından 1 (bir) il 1 ay 17 gün sonra şikayət vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X2 ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətini və iş materiallarını tədqiq edərək hesab edir ki, vəsatət əsassız olduğu üçün təmin edilməməli, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən inzibati tənbeh vermə haqqında 29 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarından verilmiş şikayəti geri qaytarılmalıdır. İXM-in 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-nin 130.3-cü maddəsinə görə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X2 vəsatəti təmin edilməsin. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan şəhəri 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən barəsində inzibati tənbeh vermə haqqında 29 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməsin. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan şəhəri 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən inzibati tənbeh vermə haqqında 29 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarından verilmiş şikayət geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(5-115)-259/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-259/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver