Məhkəmə qərarları › İş №3(5-115)-262/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-262/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-262/2026 03.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində: - 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31386186 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat; - 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31383045 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 (on) manat; - 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31385915 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 (on) manat; - 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31385053 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 (on) manat; - 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31383006 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 (on) manat; - 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31385752 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 (on) manat; - 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31382812 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 (on) manat; - 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31382922 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 (on) manat; - 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31385032 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 (on) manat; - 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31383044 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 (on) manat; - 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31386042 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 (əlli) manat; - 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31382861 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat; 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31382807 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğlərində inzibati cərimələr tətbiq edilmişdir. Şəxs yuxarıda göstərilən həmin elektron qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən 10 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə inzibati xəta haqqında materiala tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş: “Nəqliyyat vasitəsinin saxlanılması barədə” 07 yanvar 2026-cı il tarixli qərarlardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə Şəxs məxsus “AUDİ Q7 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və Baş Dövlət Yol Polis İdarəsinin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərarlar qəbul edilmişdir. “İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli protokollardan görünür ki, Şəxs tərəfindən inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31386186 saylı, 31383045, 31385915, 31385053, 31383006, 31385752, 31382812, 31382922, 31385032, 31383044, 31386042, 31382861, 30675099 saylı və 31382807 saylı elektron qərarlar qanuni qüvvəyə mindikləri gündən 3 ay müddətində icra etməmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. “İnzibati xəta haqqında” 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31386186 saylı elektron qərardan görünür ki, Şəxs tərəfindən 18 oktyabr 2025-ci il tarixdə, saat 12:00 radələrində “AUDİ Q7 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə onun barəsində 100 (yüz) manat, 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31383045 saylı elektron qərardan görünür ki, Şəxs tərəfindən 10 iyun 2025-ci il tarixdə, saat 21:48 radələrində “AUDİ Q7 minik” markalı, **-AA-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 19 km/saat həddində aşdığına görə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə onun barəsində 10 (on) manat, 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31385915 saylı elektron qərardan görünür ki, Şəxs tərəfindən 13 oktyabr 2025-ci il tarixdə, saat 14:36 radələrində “AUDİ Q7 minik” markalı, **-AA-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşdığına görə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə onun barəsində 10 (on) manat, 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31385053 saylı elektron qərardan görünür ki, Şəxs tərəfindən 06 oktyabr 2025-ci il tarixdə, saat 22:19 radələrində “AUDİ Q7 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 17 km/saat həddində aşdığına görə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə onun barəsində 10 (on) manat, 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31383006 saylı elektron qərardan görünür ki, Şəxs 10 iyun 2025-ci il tarixdə, saat 15:53 radələrində “AUDİ Q7 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 19 km/saat həddində aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə onun barəsində 10 (on) manat, 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31385752 saylı elektron qərardan görünür ki, Şəxs 10 oktyabr 2025-ci il tarixdə, saat 20:14 radələrində “AUDİ Q7 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saat həddində aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə onun barəsində 10 (on) manat, 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31382812 saylı elektron qərardan görünür ki, Şəxs 17 may 2025-ci il tarixdə, saat 00:26 radələrində “AUDİ Q7 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saat həddində aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə onun barəsində 10 (on) manat, 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31382922 saylı elektron qərardan görünür ki, Şəxs 02 iyun 2025-ci il tarixdə, saat 20:33 radələrində “AUDİ Q7 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə onun barəsində 10 (on) manat, 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31385032 saylı elektron qərardan görünür ki, Şəxs 06 oktyabr 2025-ci il tarixdə, saat 17:22 radələrində “AUDİ Q7 minik” markalı, **- AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 19 km/saat həddində aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə onun barəsində 10 (on) manat, 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31383044 saylı elektron qərardan görünür ki, Şəxs 10 iyun 2025-ci il tarixdə, saat 21:55 radələrində “AUDİ Q7 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə onun barəsində 10 (on) manat, 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31386042 saylı elektron qərardan görünür ki, Şəxs 16 oktyabr 2025-ci il tarixdə, saat 12:50 radələrində “AUDİ Q7 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş qaydada və müddətdə texniki baxışa təqdim etmədən idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə onun barəsində 50 (əlli) manat, 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31382861 saylı elektron qərardan görünür ki, Şəxs 25 may 2025-ci il tarixdə, saat 18:23 radələrində “AUDİ Q7 minik” markalı, **-AA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 327.1-1.5.9.5.10.1-5.10.3 nişanları ilə işarələnmiş ümum istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hrəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat, 18 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31382807 saylı elektron qərardan görünür ki, Şəxs 08 may 2025-ci il tarixdə, saat 18:08 radələrində “AUDİ Q7 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 327.1-1.5.9.5.10.1-5.10.3 nişanları ilə işarələnmiş ümum istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hrəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğlərində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. “AsanPay” ödəniş portalından çıxarışdan görünür ki, hazırda Şəxs tərəfindən inzibati xəta haqqında qərar üzrə müəyyən edilmiş məbləğ dövlət büdcəsinə ödənilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 109.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 529-cu maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs inzibati tənbeh qismində ona təyin edilmiş məbləği tam ödədiyi üçün inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,106,109,114 və 115-ci maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar