Məhkəmə qərarları › İş №3(5-115)-27/2026

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(5-115)-27/2026

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(5-115)-27/2026 09.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Əliyeva Aytəkin Güləli qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Biləsuvar rayon X1 Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala inzibati xəta haqqında iş üzrə məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Odur ki, icraatda olan 3(5-115)-26/2026 nömrəli və 3(5-115)-27/2026 nömrəli inzibati işlər birləşdirilməli, işə 3(5-153)-26/2026 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2, 106,109-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə 3(5-115)-26/2026 nömrəli və 3(5-115)-27/2026 nömrəli inzibati işlər 3(5-153)-26/2026 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Hakim: Aytəkin Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar