Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-306/2026 10.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Əliyeva Aytəkin Güləli qızı, X6 məhkəmə-iclas katibliyi, İnzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X1 baş məsləhətçisi X4 iştirakı ilə, 14 aprel 1984-cü il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Dadaşov X8 rayonu, Ağalıkənd kəndi ərazisində 23 fevral 2026-cı il tarixdə ona məxsus avtoyuma məntəqəsində olarkən nəqliyyat vasitələrinə göstərilən xidmət zamanı yaranmış maye-tullantı çirkab sularını boru vasitəsilə yaxınlıqdan keçən K-1-5-3 kollektoruna axıdaraq, su obyektlərindən istifadə qaydalarını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində 4 saylı X1 müfəttişi X7 tərəfindən 24 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və inzibati iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında: İnzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X1 nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs 23 fevral 2026-cı il tarixdə Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində istifadəsində olan avtoyuma məntəqəsindən yaranan maye tullantı sularını boru vasitəsilə K-1-5-3 kollektoruna axıtmışdır. Nümayəndənin izahatına görə, həmin şəxsə bu cür hərəkətlərin yolverilməzliyi barədə əvvəllər də xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq, o, yenidən eyni xarakterli pozuntuya yol vermişdir. Şəxs təqdim etdiyi izahatda törətdiyi pozuntunu bilməyərək etdiyini göstərmiş, qısa müddət ərzində həmin pozuntunun aradan qaldırılacağını və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun təşkil edəcəyini bildirmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə protokol tərtib edilmiş və işə baxılması üçün 4 saylı X2 tərəfindən Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Sonda, 4 saylı X1 müfəttişi X7 məhkəmədən inzibati xəta törətmiş şəxs barəsində tərtib edilmiş protokolun təmin edilməsini və onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: - Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X2 tərəfindən tərtib edilmiş MN №2366431 nömrəli, 24 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Dadaşov X8 rayonu Ağalıkənd kəndi ərazisində yerləşən avtoyuma məntəqəsindən tullantı sularını kollektor sisteminə axıtmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X2 tərəfindən qəbul edilmiş MN №0560856 nömrəli, 24 fevral 2026-cı il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, həmin qərardadla Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və iş materialları baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. - Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X2 tərəfindən tərtib edilmiş 24 fevral 2026-cı il tarixli, AKT №000873 nömrəli aktdan görünür ki, Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində aparılmış yoxlama zamanı Şəxs məxsus avtoyuma məntəqəsində yaranan tullantı sularının boru vasitəsilə K-1-5-3 kollektoruna axıdılması faktının aşkar edilmişdir. - Şəxs tərəfindən verilmiş yazılı izahatdan görünür ki, o, Biləsuvar rayonu Ağalıkənd kəndi ərazisində yerləşən avtoyuma məntəqəsində göstərilən xidmət zamanı yaranan tullantı sularının axıdılması faktını etiraf etmiş, baş vermiş pozuntunun aradan qaldırılması və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun təşkil edəcəyini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 262.2.3-ci maddəsinə əsasən, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə -fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün halları məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılaraq, iş materiallarında olan sübutlar ayrı-ayrılıqda və məcmu halında qiymətləndirildikdən sonra məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməlində həmin maddənin dispozisiyası ilə əhatə olunan inzibati xəta tərkibi tam mövcuddur. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş protokol, səlahiyyətli orqan tərəfindən tərtib olunmuş akt, iş üzrə verilmiş yazılı izahatlar, habelə iş materiallarına əlavə edilmiş digər sənədlərlə müəyyən edilmişdir ki, Şəxs məxsus avtoyuma məntəqəsindən yaranan tullantı suları müəyyən olunmuş qaydalara zidd olaraq kollektor istiqamətinə axıdılmış, bununla da su obyektlərinin mühafizəsi və istifadəsi ilə bağlı tələblər pozulmuşdur. Məhkəmə nəzərə alır ki, inzibati xəta haqqında protokol səlahiyyətli vəzifəli şəxs tərəfindən tərtib edilmiş, həmin protokol iş üzrə digər yazılı sübutlarla uzlaşmış, iş materiallarında olan akt və izahatlarla bir-birini tamamlamışdır. İş üzrə toplanmış sübutlar arasında ziddiyyət aşkar edilməmiş, həmin sübutların mötəbərliyini şübhə altına alan hallar müəyyən olunmamışdır. Bu səbəbdən məhkəmə həmin sübutları mötəbər və kifayət qədər hesab edir. Məhkəmə həmçinin onu da nəzərə alır ki, barəsində icraat aparılan şəxs tərəfindən verilmiş izahat iş materiallarında əks olunan faktiki halları təkzib etmir, əksinə, baş vermiş hadisənin mahiyyətini dolayısı ilə təsdiqləyir. Bu baxımdan, onun izahatı digər sübutlarla birlikdə qiymətləndirildikdə, inzibati xətanın törədildiyi barədə məhkəmədə daxili inam formalaşdırır. İnzibati tənbeh növü və həddi müəyyən edilərkən məhkəmə xətanın xarakterini, törədilmə üsulunu, ictimai zərərin dərəcəsini, inzibati məsuliyyətə cəlb edilən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını və əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Göstərilən hallar məcmu şəkildə qiymətləndirildikdə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs münasibətdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyası həddində inzibati cərimə tətbiq edilməsi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Aytəkin Əliyeva
Məhkəmə qərarları › İş №3(5-115)-306/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-306/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver