Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-320/2026 17.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Əliyeva Aytəkin Güləli qızı, X7 məhkəmə-iclas katibliyi, Biləsuvar Su X1 İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Biləsuvar Su X1 İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X5 tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X5 tərəfindən Biləsuvar Su X1 İdarəsi barəsində tərtib olunmuş 10 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X10 Xidmətinin X2 08 yanvar 2026-cı il tarixli 3-17-5/2-2315/2026 nömrəli göstəriş məktubu ilə Biləsuvar Su X1 İdarəsindən Ə.Xanışovun əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin ləğv edilməsi təmin edilərək, görülmüş tədbirlər barədə 20 gün müddətində Xidmətin X3 məlumat verilməsi tələb olunmuş, lakin bununla bağlı Biləsuvar Su X1 İdarəsi tərəfindən heç bir tədbir görülməmiş və Xidmətin X3 müvafiq məlumat verilməmişdir. X15 X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Biləsuvar Su X1 İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X5 tərəfindən tərtib olunmuş 10 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə uyğun qaydada tərtib edilməmişdir. Belə ki, Biləsuvar Su X1 İdarəsi hüquqi şəxs statusuna malik olmadığından, inzibati məsuliyyətə cəlb olunmalı subyekt kimi çıxış edə bilməz. Nümayəndə həmçinin göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə idarə rəisi Ədalət Babayev barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həmin qərardan verilmiş şikayət təmin olunmamış, lakin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həm birinci instansiya məhkəməsinin qərarı, həm də inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -“İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 10 fevral 2026-ci il tarixli MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Biləsuvar Su X1 İdarəsi barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. -“İnzibati xəta haqqında” 10 fevral 2026-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, “X10 Xidmətinin X2 08 yanvar 2026-ci il tarixli 3-17-5/2-2315/2026 nömrəli göstəriş məktubu ilə Biləsuvar Su X1 İdarəsi tərəfindən Ə.Xanışovun əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin ləğv edilməsini təmin edərək, görülmüş tədbirlər barədə 20 gün müddətində Xidmətin X3 məlumat verilməsi tələb olunmuşdur. Lakin, bununla bağlı Biləsuvar Su X1 İdarəsi tərəfindən heç bir tədbir görülməmiş və Xidmətin X3 müvafiq məlumat verilməmişdir, X15 X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 08 yanvar 2026-ci il tarixli 3-17-5/2-2315/2026 nömrəli məktubundan görünür ki, Biləsuvar Su X1 İdarəsi tərəfindən Ə.Xanışovun əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin ləğv edilməsini təmin edərək, görülmüş tədbirlər barədə 20 gün müddətində Xidmətin X3 məlumat verilməsi tələb olunmuşdur. -Biləsuvar Su X1 İdarəsinin Əsasnaməsindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin 27 may 2024-cü il tarixli 001/F nömrəli əmri ilə X12 Xidməti publik hüquqi şəxsin strukturu təsdiq edilmiş və hüquqi şəxs olmayan Biləsuvar Su X1 İdarəsi həmin struktura daxil edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar.haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarında olan sənədləri, tərəfin izahatlarını və tətbiq edilməli hüquq normalarını birlikdə, hərtərəfli, tam və obyektiv şəkildə araşdıraraq belə qənaətə gəlir ki, Biləsuvar Su X1 İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, inzibati məsuliyyətin yaranması üçün yalnız formal qaydada protokolun tərtib edilməsi kifayət deyildir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun müvafiq inzibati xətanın subyekti olması, maddənin dispozisiyasında nəzərdə tutulan hərəkət və ya hərəkətsizliyin məhz həmin şəxs tərəfindən törədilməsi, eləcə də təqsirin qanunla müəyyən olunmuş sübutetmə standartına uyğun şəkildə təsdiq edilməsi zəruridir. Bu tələblər yerinə yetirilmədən heç bir şəxs barəsində inzibati məsuliyyət tədbiri tətbiq oluna bilməz. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Biləsuvar Su X1 İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X12 Xidməti publik hüquqi şəxs kimi yaradılmış, Biləsuvar Su X1 İdarəsi isə həmin Xidmətin strukturuna daxil edilmiş hüquqi şəxs olmayan idarə kimi müəyyən edilmişdir. Bundan göründüyü kimi, adıçəkilən idarə müstəqil hüquq subyekti, o cümlədən hüquqi şəxs qismində inzibati məsuliyyət daşıyan şəxs hesab oluna bilməz. Bu səbəbdən, hüquqi şəxs olmayan qurum barəsində hüquqi şəxsə münasibətdə inzibati protokolun tərtib edilməsi özlüyündə maddi və prosessual baxımdan qüsurludur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun düzgün subyektə münasibətdə tərtib edilməsi inzibati icraatın əsas şərtlərindən biridir. Subyekt düzgün müəyyən edilmədiyi halda, həmin şəxsin əməlində inzibati xəta tərkibinin olubolmamasının müzakirəsi də hüquqi əsasdan məhrum olur. Çünki məsuliyyət, ilk növbədə, qanunun nəzərdə tutduğu subyektə aid edilə bilər. Hazırkı işdə isə protokol hüquqi şəxs olmayan idarə barəsində tərtib olunmuşdur ki, bu da inzibati məsuliyyətin subyekti ilə bağlı qanunun tələbini pozur. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, protokolun əsaslandığı 08 yanvar 2026-cı il tarixli icrası məcburi göstəriş də mahiyyət etibarilə əvvəllər hüquqi qiymət verilmiş eyni əmək mübahisəsi ilə bağlı olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(106)-384/2025 nömrəli qərarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı, habelə X10 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Həmin qərarla apellyasiya instansiyası faktiki hallara və əvvəlki inzibati müdaxiləyə artıq hüquqi qiymət vermiş, əvvəlki nəticələrin yetərincə əsaslandırılmadığını və məsələnin bu şəkildə həllinin düzgün olmadığını göstərmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, artıq apellyasiya instansiyası tərəfindən hüquqi qiymət verilmiş eyni hallara sonradan yenidən istinad olunmaqla icrası məcburi göstərişin verilməsi, daha sonra isə həmin göstərişin icra edilməməsinə görə yeni inzibati məsuliyyət məsələsinin qaldırılması hüquqi müəyyənlik, hüquqi sabitlik və ədalətli icraat prinsipləri ilə uzlaşmır. Əks yanaşma eyni faktiki halların müxtəlif formalarda sonsuz sayda yenidən inzibati təqib predmetinə çevrilməsinə şərait yaradar ki, bu da qanunun mahiyyətinə uyğun sayıla bilməz. Yekun olaraq məhkəmə hesab edir ki, Biləsuvar Su X1 İdarəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 53.1.1, 105.1, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Biləsuvar Su X1 İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış 10 fevral 2026-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Aytəkin Əliyeva
Məhkəmə qərarları › İş №3(5-115)-320/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-320/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver