Məhkəmə qərarları › İş №3(5-115)-391/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-391/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-391/2026 12.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X15 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “Logistika” məhdud məsuliyyətli cəmiyyətində sürücü işləyən, əvvəllər məhkum olunmamış, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 10 mart 2026-cı il tarixdə, saat 23:30 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində şəxsi istehlak miqdarında narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 10 mart 2026-cı tarixdə, axşam radələrində Biləsuvar rayon polis şöbəsinin əməliyyat müvəkkilləri X10 və X1 rayonu, Xırmandalı kəndi ərazisində xidmətdə olduqları vaxt davranışlarına əsasən 4 nəfər şübhəli şəxsi saxlamışlar. Polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq, nə etdikləri ilə maraqlanmışlar. Həmin vaxt məlum olmuşdur ki, sözügedən şəxslər Bakı şəhər sakinləri X3, X14, X4 və Şəxs olmuşlar. Araşdırma zamanı Şəxs Bakı şəhərindən dostu A.T.Cəbrayılzadə ilə birlikdə taksi vasitəsilə gəldiyini və avtomobil xarab olduğuna görə Biləsuvar rayonu, Xırmadalı kəndi ərazisində dayandıqlarını, həmçinin boş vaxt tapdığına görə və kefinin açılması məqsədi ilə üzərində olan siqaretin içərisinə yerləşdirdiyi narkotik vasitə qurudulmuş marixuananı çəkdiyini bildirmişdir. Buna görə də Şəxs və digər şəxslər Biləsuvar rayon polis şöbəsinə aparılaraq, izahatları alınmışdır. Lakin toplanmış materiallar əsasında Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X6 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı R.A.Andamovun əməlində cinayət tərkibi müəyyən edilmədiyinə və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığına görə həmin şəxs barədə cinayət işinin başlanması rədd edilmiş və materiallar Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra, 11 mart 2026-cı il tarixdə R.A.Andamov inzibati qaydada tutulmuşdur. Buna görə də onun tərəfindən R.A.Andamovun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, Zaqatala rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş və orada Biləsuvar rayon sakini Fərid adlı əsgərlə tanış olmuşlar. O, Fərid adlı şəxslə dostluq münasibətlərində olmuş, lakin hərbi xidmətdən təxris edildiksən sonra onların əlaqələri kəsilmişdir. O, təxminən 1 il 2 aydır ki, həmin şəxslə hər hansı əlaqə qura bilməmişdir. Həmçinin o, Fərid adlı əsgər yoldaşının Biləsuvar rayonu, Xırmandalı kəndində yaşadığını bilsə də, sonuncunun dəqiq olaraq hansı ünvanda yaşadığını bilmir. Buna görə də o, 10 mart 2026-cı il tarixdə o, dostu A.T.Cəbrayılzadə ilə birlikdə Biləsuvar rayonuna əsgər yoldaşı Fəridi tapıb, onunla görüşmək üçün gəlmək qərarına gəlmiş və onlar həmin gün, saat 09 radələrində adambaşına 20 manat ödəməklə tanımadığı bir taksi sürücüsünün avtomobili ilə yola düşmüşlər. Sürücü yolda başqa bir nəfər sərnişin də götürmüşdür. Onlar həmin gün, saat 23:30 radələrində Biləsuvar rayonuna çatmışlar və Xırmandalı kəndindən keçdikləri vaxt o, sürücüdən nəqliyyat vasitəsini saxlamasını xahiş etmişdir. Sürücü avtomobili saxladıqdan sonra o, aşağıya enmiş, üzərindəki siqaret qutusunun içərisində olan və içərisinə narkotik vasitə qurudulmuş marixuana doldurduğu siqareti çəkməyə başlamışdır. Həmin vaxt isə polis əməkdaşları narkotik vasitənin iyini duyaraq, onların yanına gəlmişlər. O, könüllü şəkildə polis nəfərlərinə narkotik vasitə qurudulmuş marixuana çəkdiyini etiraf etmiş və avtomaşında olan digər şəxslərin onun narkotik vasitə qurudulmuş marixuana istehlak etməsindən xəbərləri olmadığını və təqsirsiz olduqlarını bildirmişdir. Bundan sonra isə polis əməkdaşları onları Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Həmin gecə onlar Biləsuvar rayon polis şöbəsində saxlanılsalar da, 11 mart 2026-cı il tarixdə, səhər saatlarında polis əməkdaşları X.X.Məmmədovu və P.Z.Əliyevi müvəqqəti saxlama yerindən buraxmış, onu isə Lənkəran şəhərinə apararaq, narkoloji tibbi yoxlamadan keçirmişlər, daha sonra isə Biləsuvar rayon polis şöbəsinə gətirmişlər və ona Biləsuvar rayonu ərazisindən çıxmaması barədə tapşırıq vermişlər. Polis əməkdaşları həmin gün axşamüstü saatlarında A.T.Cəbrayılzadəni müvəqqəti saxlama yerindən buraxmış, onun onun barəsində isə inzibati qaydada tutma tətbiq edilərək, növbəti gün, yəni gün gün məhkəməyə gətirmişlər. Sonda, R.A.Andamov əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla R.A.Andamovun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, R.A.Andamovun şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. R.A.Andamovun törədilmiş inzibati xətadan səmimi peşmançılığını və cavanlığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə R.A.Andamovun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və R.A.Andamovun şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, həmin şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli R.A.Andamovun faktiki olaraq tutulduğu və azadlıq hüququnun məhdudlaşdırıldığı vaxtdan, yəni 10 mart 2026-cı il tarixdə, 23:30-dan hesablanmalıdır. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 11 mart 2026cı il tarixli, 158 saylı rəyindən görünür ki, R.A.Andamovda kannabinoidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Buna görə də məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 11 mart 2026-cı il tarixli, 158 saylı rəyini nəzərə alaraq hesab edir ki, R.A.Andamov ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 10 mart 2026-cı il tarixdən, saat 23:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxsn ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar