Məhkəmə qərarları › İş №3(5-115)-53/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-53/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-53/2026 04.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, xx.xx.1989-cü ildə Biləsuvar rayonununda anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tanbehi olmayan, Biləsuvar rayonu, Bəydili kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən Mahmudçala adlanan ərazidə sənədsiz ov silahını saxlama, daşıma və gəzdirmə qaydalarını pozmuşdur. Buna görə də Şəxs barəsində Biləsuvar rayon Polis Şöbəsi tərəfindən 06 yanvar 2026-cı il tarixdə İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xətanı törətmiş şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqana məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 590.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Şəxs sənədsiz “Tula” markalı, qoşa lüləli, 16 çaplı, N 37677-53 nömrəli yivsiz ov tüfəngini və 22 ədəd dolu 16 kalibrli plasmas patronu müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlamış və daşımışdır. İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxsə verilməsi və ya satılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını və İXM-in 26.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində sənədsiz “Tula” markalı, qoşa lüləli, 16 çaplı, N 37677-53 nömrəli yivsiz ov tüfəngi və 22 ədəd dolu 16 kalibrli plasmas patron müsadirə edilməklə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin, Şəxs məxsus “Tula” markalı, qoşa lüləli, 16 çaplı, N 37677-53 nömrəli yivsiz ov tüfəngi və 22 ədəd dolu 16 kalibrli plasmas patron müsadirə edilməklə Şəxs barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar