Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-54/2026 19.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X4 oğlunun katibliyi ilə, Şəxs, xx xxx 1980-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Biləsuvar rayonu, Əliabad kəndində qeydiyyatda olan və yaşayan, bəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsinin daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanindan xüsusi icazə almadan “İj 54” markalı, 12 çaplı, İ 3010 saylı qoşa lülə yivsiz ov silahını saxlamış və daşımışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X2 tərəfindən 06 yanvar 2026-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN ******* saylı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, inzibati xətanın törədilməsində alət olmuş “İj” markalı 12 kalibirli Y-25889 saylı ov tüfənginin heç bir rəsmi icazəsi və qeydiyyatı yoxdur. İşdə olan ov tüfənginin və sursatının qəbul edilməsi barədə 13 noyabr 2025-ci il tarixli aktdan görünür ki, “İj 54” markalı, 12 çaplı, İ 3010 saylı qoşa lülə yivsiz ov silahı Biləsuvar Rayon Polis Şöbəsinə təhvil verilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanindan xüsusi icazə almadan “İj 54” markalı, 12 çaplı, İ 3010 saylı qoşa lülə yivsiz qoşa lülə ov tüfəngini saxlamış və daşımışdır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi,saxlanılması, daşınması, başqa şəxsə verilməsi və ya satılması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin işin halarını, silahın dövlət qeydiyyatına alınmamasını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.3-cü maddəsinin tələblərini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədlərini təmin etmək üçün inzibati xətanın törədilməsində alət olmuş ov tüfəngi müsadirə edilməlidir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-cimaddəsi ilə təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət olmuş “İj 54” markalı, 12 çaplı, İ 3010 saylı qoşa lülə yivsiz ov silahı və 52 ədəd dolu 12 çaplı plasmas patronlar müsadirə edilməklə, Şəxs barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədr Rəfayil Əliyev
Məhkəmə qərarları › İş №3(5-115)-54/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-54/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver