Məhkəmə qərarları › İş №3(5-115)-60/2026

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(5-115)-60/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(5-115)-60/2026 23.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi ilə, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665101 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665120 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665153 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31673560 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31684297 nömrəli və 01 noyabr 2025-ci il tarixli, EQ/ seriyalı 31686626 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665101 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665120 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665153 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31673560 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31684297 nömrəli və 01 noyabr 2025-ci il tarixli, EQ/ seriyalı 31686626 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxsə və inzibati tənbeh vermə haqqında qərarları qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şikayət vermiş şəxs X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən müxtəlif tarixlərdə və müxtəlif nömrələrlə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan eyni şikayət ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin mahiyyətindən görünür ki, inzibati xəta haqqında iş hər bir inzibati xəta üzrə ayrıca icraat predmeti təşkil edir. Həmin Məcəllənin 115-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraat konkret inzibati xəta faktı və həmin fakt üzrə qəbul edilmiş qərar əsasında aparılır. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh vermə haqqında qərardan şikayət müəyyən edilmiş inzibati xəta üzrə qəbul olunmuş konkret qərara münasibətdə verilə bilər. Qanunvericilik bir neçə inzibati xəta üzrə qəbul edilmiş müstəqil inzibati tənbeh qərarlarının eyni şikayət ərizəsi çərçivəsində birləşdirilməsini nəzərdə tutmur. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 115–118-ci maddələrinin tələblərinə uyğun olaraq, inzibati xəta haqqında işlər üzrə icraat zamanı hər bir inzibati tənbeh vermə haqqında qərarın qəbul edilmə əsasları, sübutları və hüquqi nəticələri ayrıca qiymətləndirilməlidir. Beləliklə, müxtəlif tarixlərdə və müxtəlif nömrələrlə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların eyni şikayət ərizəsi ilə mübahisələndirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu, 115–118-ci və 126.1-ci maddələrinin tələblərinə ziddir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665101 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665120 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665153 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31673560 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31684297 nömrəli və 01 noyabr 2025-ci il tarixli, EQ/ seriyalı 31686626 inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X1 qaytarılmalı və şikayətçiyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665101 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665120 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665153 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31673560 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31684297 nömrəli və 01 noyabr 2025-ci il tarixli, EQ/ seriyalı 31686626 il tarixli inzibati tənbeh vermə haqqında qərarlarından hər birindən ayrı-ayrılıqda şikayət verilməsi izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu, 115-118-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665101 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665120 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665153 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31673560 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31684297 nömrəli və 01 noyabr 2025-ci il tarixli, EQ/ seriyalı 31686626 inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X1 qaytarılsın. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665101 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665120 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31665153 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31673560 nömrəli, 31 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31684297 nömrəli və 01 noyabr 2025-ci il tarixli, EQ/ seriyalı 31686626 inzibati tənbeh vermə haqqında qərarlarından hər birindən ayrı-ayrılıqda şikayət verilməsi izah edilsin. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar