Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-116)-23/2026 05.02.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrupunun TP ******* saylı, 07 yanvar 2026-cı il tarixli “İnzibati xəta haqqında” qərarından şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 tərəfindən məhkəməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrupunun TP ******* saylı, 07 yanvar 2026-cı il tarixli “İnzibati xəta haqqında” qərarından şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X2 18 avqust 2025-ci il tarixdə, təxminən saat 09:12 radələrində özünə məxsus “KİA CARNİVAL” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə “Bakı- Qazax” avtomobil yolu ilə Qazax rayonu istiqamətdə hərəkət edərkən Yevlax rayonu ərazisində yerləşən stasionar polis postunda X12 Xidməti əməkdaşı onu saxlayaraq yaşayış məntəqəsindən kənarda sol zolaqda hərəkət etdiyi üçün inzibati məsuliyyətə cəlb ediləcəyini bildirmişdir. Lakin nəzərə alınmamışdır ki, sürücü bu inzibati məsuliyyətə sağ zolaq boş olduğu halda cəlb oluna bilər. Həmin ərazidə yol bir istiqamətdə 2 (iki) zolaqdan ibarətdir və sağ zolaqda digər nəqliyyat vasitələri hərəkət etdiyi üçün o, sol zolağa çıxaraq sol zolaqla hərəkətini davam etdirmişdir. O, yaranmış vəziyyəti Yol Patrul Xidməti əməkdaşına izah etsə də, lakin Yol Patrul Xidməti əməkdaşı əsassız olaraq “İnzibati xəta haqqında” protokol tərtib etmişdir. Beləliklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Vİİİ X13 Xidmətinin TP ******* saylı, 18 avqust 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Eyni zamanda bildirir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Vİİİ X13 Xidmətinin TP ******* saylı, 18 avqust 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarından şikayət ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-178/2025 saylı, 18 sentyabr 2025-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Vİİİ X13 Xidmətinin TP ******* saylı, 18 avqust 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilmişdir. Buna baxmayaraq, yenidən onun iştirakı olmadan işə baxılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrupunun TP ******* saylı, 07 yanvar 2026-cı il tarixli “İnzibati xəta haqqında” qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrupunun əməkdaşı tərəfindən məhz qərəzli və qanunsuz olaraq barəsində “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və “İnzibati xəta haqqında” qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrupunun TP ******* saylı, 07 yanvar 2026-cı il tarixli “İnzibati xəta haqqında” qərarın ləğv edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi xahiş edilmişdir. X2 və səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi şikayətə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən X1 və səlahiyyətli orqan- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə (şikayət) mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan İXP ******* saylı, 18 avqust 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X3 18 avqust 2025-ci il tarixdə, saat 09:12 radələrində “KİA CARNİVAL” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan TP ******* saylı, 18 avqust 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-178/2025 saylı, 18 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, şikayətin qismən təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Vİİİ X13 Xidmətinin TP ******* saylı, 18 avqust 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan TP ******* saylı, 07 yanvar 2026-cı il tarixli “İnzibati xəta haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsaslı olduğu üçün qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrupunun TP ******* saylı, 07 yanvar 2026-cı il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə şikayət ilə bağlı ilk əvvəl onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Vİİİ X13 Xidmətinin İXP ******* saylı, 18 avqust 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolu Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə düzgün əməl edilmədən tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolun “inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti...” hissəsində inzibati xətanın törədildiyi yer qeyd edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolun “İnzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə...” hissəsində müvafiq qeydlər aparılmamışdır. Bundan başqa, “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə (hüquqi şəxsin nümayəndəsinə), habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına hüquq və vəzifələrin izah edilməsi...” hissəsində şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilməsi haqqında müvafiq qeyd aparılmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolun “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinə) soyadı, adı, atasının adı...” hissəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin soyadı, adı və atasının adı qeyd edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolun “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) izahatının məzmunu...” hissəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınaraq, qeyd edilməmişdir. Bundan başqa, “İnzibati xəta haqqında iş üzrə zəruri olan digər məlumatlar...” hissəsində iş üzrə əhəmiyyət kəsb edən digər məlumatların araşıdırılıb-araşdırılmaması və ya olub-olmaması barədə qeydlər öz əksini tapmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş materialının tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verilməsi məqsədi ilə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən müvafiq hüquqi sənədlərin əslinin və ya müvafiq qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə məktub göndərilməsinə baxmayaraq, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən müvafiq hüquqi sənədlər məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Vİİİ X13 Xidmətinin inspektoru, polis baş serjantı X6 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrupunun əməkdaşı, polis kapitanı X8 tərəfindən inzibati məsuliyyətə cəlb olunmalı olan, yəni inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin daşıyıb-daşımaması məsələsi araşdırılmamış, ümumiyyətlə, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan əmələ hüquqi qiymət verilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bortkompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.8-ci maddəsinə əsasən protokolun, o cümlədən elektron protokolun forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, şikayət qismən təmin edilməli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrupunun TP ******* saylı, 07 yanvar 2026-cı il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilməli və səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına görə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrupunun TP ******* saylı, 07 yanvar 2026-cı il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(5-116)-23/2026
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(5-116)-23/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver