Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-13/2026 23.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Ağayeva Aynur İsa qızının katibliyi ilə, Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 tərəfindən Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. MN ******* saylı, 22 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokola əsasən, Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsi tərəfindən Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq DƏMX-nin X2nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-98716/2025 nömrəli məktubunda göstərilən icrası məcburi olan göstəriş yerinə yetirilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli “İcrası məcburi olan göstəriş”dən görünür ki, X3 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsinin sabiq işəgötürəninin xx.xx.2025-ci il tarixli 32 nömrəli əmrinin ləğv edilməklə onu əvvəlki işinə bərpa edib, eləcə də ona olan əmək haqqı borcunun ödənilməsini təmin edib nəticəsi barədə 30 (otuz) günü müddətində X4 X1 rəsmi məlumat təqdim edilməsi tələb edilmişdir. Poçt xəbərnaməsindən görünür ki, həmin göstəriş xx.xx.2025-ci il tarixdə bələdiyyəyə çatdırılmışdır. 22 dekabr 2025-ci tarixli MN * * * * * * * nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsi tərəfindən müvafiq yazılı göstəriş icra edilməmişdir, bununla da bələdiyyə tərəfindən İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3- cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2,192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta haqqında icraat üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır, buna görə də protokol əsaslı hesab edilməklə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, İXM-in 116.1-ci maddəsi rəhbər tutulmaqla bələdiyyə barəsində inzibati cərimə şərti olaraq tətbiq edilməli, hüquqpozmanın aradan qaldırılması üçün 1 ay müddət müəyyən edilməli, həmin müddətdə törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə hüquqi şəxs ona tətbiq edilmiş inzibati cərimədən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Cərimə şərti olaraq tətbiq edilsin, bələdiyyə tərəfindən hüquqpozmanın aradan qaldırılması üçün 1 (bir) ay müddət müəyyən edilsin və hüquqpozma həmin müddət ərzində aradan qaldırıldığı təqdirdə bu barədə məhkəməyə rəsmi məlumat verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(5-117)-13/2026
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-13/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver