Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(5-117)-132/2026 10.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs Bakı şəhər Xətai Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-6452/2025 saylı icra vərəqəsinin icrasını həyata keçirən Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta haqqında material öyrənilərkən məlum olmuşdur ki, inzibati xəta haqqında materialla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində nəzərdə tutulan natamamlıq mövcuddur. Belə ki, inzibati xəta haqqında protokola barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, qalıq aliment borcunun müəyyən edilməsi üçün hazırki vaxtadək ödənilmiş alimentə dair təsdiqedici sənədlər əlavə edilməmiş və beləliklə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarklən tamalamaq mümkün olmadığından inzibati xətalar haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xətalar haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardad onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs və vəzifəli şəxs tərəfindən imzalanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsi ilə inzibati xəta törtəməsinə dair 30 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(5-117)-132/2026
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(5-117)-132/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver