Məhkəmə qərarları › İş №3(5-117)-142/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-142/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-142/2026 04.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayeva Aynur İsa qızının katibliyi, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Cəlilabad rayonunun Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Mirzəyev X4 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-508/2025 saylı və xx.xx.2023-cü il tarixli, 2(050)-165/2023 saylı icra vərəqələrinin icrasını həyata keçirən Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-165/2023 saylı icra vərəqəsi üzrə xx.xx.2023-cü ildən, xx.xx.2025-ci il tarixli, 2(050)-508/2025 saylı icra vərəqəsinə əsasən isə xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs 26 sentyabr 2018-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay həmin uşağa görə 150 (bir yüz əlli) manat, sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə aliment borcunu ödəməkdən yayınmışdır. Nəticədə borclunun icra sənədi üzrə hazırki vaxta 1693,36 manat aliment borcu yaranmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlər nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-165/2023 saylı icra vərəqəsi üzrə xx.xx.2023-cü ildən, xx.xx.2025-ci il tarixli, 2(050)-508/2025 saylı icra vərəqəsinə əsasən isə xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs 26 sentyabr 2018-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay həmin uşağa görə 150 (bir yüz əlli) manat, sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Maddi imkanı zəif olduğu üçün aliment borcunu ödəyə bilməmişdir. Hazırda yaranmış aliment borcunu bir dəfəyə ödəmək iqtidarında deyildir, lakin müəyyən hissə hazırda ödəniş etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs müxtəlif bəhanələr gətirərək, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Hazırda borclu müəyyən qədər ödəniş edib, lakin alimentin tam ödənilməsini istəyir. Şəxsin həbs olunmasının tərəfdarı deyil, daha yüngül cəza verilməsinə etiraz etmir, lakin borcunu ödəməyəcəyi halda daha ciddi tədbir görülməsini xahiş edəcəkdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İşdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində müəyyən edilərək və Şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərardan görünür ki, göstərilən icra sənədi üzrə icra icraatına başlanılmış, borcluya müvafiq bildiriş göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun yaşını, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə zərərçəkmişin mövqeyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddə tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdən təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar