Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-151/2026 16.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Cəlilabad rayonu Xəlilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri Cəlilabad rayonu Xəlilli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Sadıqov X5 Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(073)-3254/2024 saylı və 09 dekabr 2021-ci il tarixli 2(073)-2512/2021 icra vərəqələrinin icrasını həyata keçirən Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2021-ci il tarixli 2(073)-2512/2021 icra vərəqəsinə əsasən Şəxs 9000 ( doqquz min) manat əsas, 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkar X1 hesabına ödənilməlidir. Cəlilabad Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli, 2(073)-3254/2024 saylı icra vərəqəsinə əsasən isə Şəxs cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat əsas borc və 57.65 (əlli yeddi manat altmış beş qəpik) dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra vərəqələri Cəlilabad rayon icra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borcludan icra vərəqəsində göstərilən tələbi icra etməsi tələb olunmuş, lakin borclu maddi imkanının olmadığını bildirərək, icra sənədinin icrasından yayınmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, işləmədiyinə və maddi imkanı olmadığına görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu ödəyə bilmədiyini, əməlindən səmimi peşman olduğunu göstərərək, barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Bildirmişdir ki, əslində borcu 9 min manat deyil, 6 min manat olmalıdır. Bu barədə icra məmuru ilə dəqiqləşmə aparmış və qalıq borcun həqiqətən də 6 min manat olması təsdiqini tapmışdır. Qalıq borcunu da imkan edən kimi qısa müddət ərzində ödəyəcək. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs bildirmişdir ki, zərərçəkmiş şəxs onun atasıdır, atası rəhmətə gedib, bundan sonra icra şöbəsi onu zərərçəkmişin varisi kimi tanıyıb. Atasına olan borcundan müəyyən hissə ödəniş edilib, lakin bu günə 6 min manat borc qalmaqdadır. Yekun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi icra məmurunun izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Ələkbər oğlundan cəmi 3765 manat borcun və 57.65 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Əlibəy oğlundan 9000 manat pul və 30 manat dövlət rüsumunun tutularaq tələbkar X2 verilməlidir. İşdə olan icraata başlama haqqında qərarlardan görünür ki, hər iki icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2026-cı il tarixli qərarla həmin icra vərəqələri bir icraatda birləşdirilmişdir, müvafiq bildirişlər ilə isə müəyyən edilmişdir ki, borclu icra üzrə icraatın başlanmasından xəbərdar olmuşdur. Məhkəmə iclasında icra məmuru ilə aparılmış dəqiqləşmə nəticəsində müəyyən edilmişdir ki, borclunun tələbkar X2 qalıq borcu 9 min manat deyil, 6 min manatdır. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmadığını, borcun mülki hüquqi əqdlərdən irəli gəlməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddə tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(5-117)-151/2026
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-151/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver