Məhkəmə qərarları › İş №3(5-117)-152/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-152/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-152/2026 20.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 03 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 09:28 radələrində Cəlilabad şəhəri ərazisində keçirilən reyd zamanı sürücünün idarə etdiyi “Mersedes Benz” markalı, **-OD- *** dövlət qeydiyyat nişanlı avtomobilin reysqabağı texniki müayinəsinin olmaması halları aşkarlanmışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı etraf etməyərərk verdiyi izahatında göstərmişdir ki, onun idarə etdiyi “Mersedes Benz” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2026-cı il tarixdə, saat 09:28 radələrində reysqabağı texniki müayinəsindən keçməməsi ilə bağlı tərtib olunmuş protokol əsasızdır. Reysqabağı texniki müayinəsindən keçməsi ilə bağlı onlar üçün hər hansı yer müəyən olunmadığından, onlar həmin müayinədən keçməmişlər. Ona görə də məhkəmədən protokolun ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onlar tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə inzibati iş materiallarını araşdırıb hesab edir ki, X1 Azərbaycan Respublikasının İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-in 326-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin aşağı həddində tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar