Məhkəmə qərarları › İş №3(5-117)-158/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-158/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-158/2026 09.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, inzibati xəta törətmiş şəxs X4 iştirakı ilə, X7 – xx.xx.1995-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 09 aprel 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Kürdəmir rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(073)-811/2021 saylı icra vərəqəsinə əsasən borclu X2 dörd uşağın yetkinlik yaşına çatana kimi hər ay hər uşağa görə 50 manat, cəmi 200 manat aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, X7 törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(073)-811/2021 saylı icra vərəqəsinə əsasən borclu X2 dörd uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 50 manat, cəmi 200 manat aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu X6 borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maddi imkanın zəif olduğunu bildirərək borcunu ödəyə bilməyəcəyini bildirmişdir. X6 inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs X7 izahatında göstərdi ki, onun barəsində Kürdəmir rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(073)-811/2021 saylı icra vərəqəsinə əsasən borclu X2 dörd uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 50 manat, cəmi 200 manat aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə maddi imkanın zəif olduğunu görə borcunu ödəyə bilməmişdir. Ona görə də məhkəmədən barəsində yungül cəza verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs X3 məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu X7 borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, X4 şəxsiyyətini, maddi vəziyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş X7 Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar