Məhkəmə qərarları › İş №3(5-117)-170/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-170/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-170/2026 17.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayeva Aynur İsa qızının katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Cəlilabad rayonu Əliqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Əliqasımlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Aslanov X7 Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(073)-976/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(073)-976/2023 saylı icra sənədinə əsasən 06 aprel 2023-cü il tarixdən başlayaraq 19 avqust 2015-ci il təvəllüdlü X4 və 25 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla cəmi 300( üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borcludan icra vərəqəsində göstərilən tələbi icra etməsi tələb olunmuş, borclu maddi imkanının olmadığını bildirərək, icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Buna görə də barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məykəməyə verilmiş, Bundan sonra da Şəxs icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qəsdən və qərəzli olaraq yayınmışdır. Hazırda borclunun icra sənədi üzrə 6500 (altı min beş yüz) manat aliment borcu vardır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(073)-976/2023 saylı icra sənədinə əsasən 06 aprel 2023-cü il tarixdən başlayaraq 19 avqust 2015-ci il təvəllüdlü X4 və 25 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla cəmi 300( üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı ona bildiriş göndərilmişdir. Maddi imkanı olmadığından yaranmış borcunu ödəyə bilməmişdir. İşsizdir, maddi imkanı zəifdir. Anası xəstədir və anasına baxır, yeganə gəlir gətirən şəxsdir. Borcundan hazırda 130 manat ödəniş edə bilər. Qeyd edilənlərin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün borclu Şəxs Saleh oğlundan hər ay bir uşağa görə 150 manat, cəmi 300 manat aliment alınaraq tələbkar X2 verilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qeyd edilən icra vərəqəsi üzrə icraata başlanılmış və borcluya bu barədə bildiriş göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi inzibati tənbeh tədbirinin nisbətən aşağı həddə tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddəti xx.xx.2026-cı il tarixdən, saat 12:30-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar