Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(5-117)-175/2026 19.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, X1 İsa qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə PB-dən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol əlavə olunmuş materiallarla birlikdə protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, protokolun tərtib edilməsi üçün əsas olmuş 14 fevral 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar zərərçəkmiş şəxs Şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirilmiş və iş üzrə məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən müvafiq hal araşdırılmalı, şəxs barəsində inzibati xəta haqqında protokol qəbul edilməsinə əsas olmuş müvafiq qərarın mübahisələndirilməsi nəzərə alınmalı idi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, material natamam olduğuna görə tərtib edilmiş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə PB-nə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə PB-nə qaytarılsın. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(5-117)-175/2026
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(5-117)-175/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver