Məhkəmə qərarları › İş №3(5-117)-178/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-178/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-178/2026 19.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1982-ci il tarixdə Cəlilabad rayonu, Komanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Komanlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 19 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 19 fevral 2026-cı il tarixdə, saat 11 radələrində Cəlilabad rayonu, Komanlı kəndində, Cəlilabad RPŞ-nin DYPB-nin əməkdaşlarının iş fəaliyyətinə mane olaraq ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, oğlu 19 fevral 2026-cı il tarixdə, saat 11 radələrində Cəlilabad rayonu, Komanlı kəndində həmkəndlisi X4 ilə birlikdə Cəlilabad RPŞ-nin DYPB-nin əməkdaşlarının kendin qırağında dayandığını görüb onlara onlara irad bilirmişlər və DYPX-nin əməkdaşlarının iş fəaliyyətinə mane olaraq ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdurlar. Bundan sonra YPX inspektoru onları nizam-intizama dəvət edib avtomaşınla birlikdə RPŞ-yə gətirmişdir. Etdiyi əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərfi ki, o, Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 19 fevral 2026-cı il tarixdə, saat 11 radələrində Cəlilabad rayonu, Komanlı kəndində RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X5 ilə birlikdə xidmətdə olan zaman iki nəfər telefon vasitəsi ilə videoçəkliş edərək onlara yaxınlaşıb onlarla ucadan səs-küy salıbmübahisə etməyə başlamışlar və fəaliyyətlərinə mane olmuşlar. Onlar dəfələrlə onları nizam-intizama dəvət etsələr də həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərinə davam etmişlər. Bundan sonra onlar Cəlilabad RPŞ-nin PPXB-nin əməkdaşlarını köməyə çağıraraq, onların köməkliyi ilə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərfi ki, o, Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 19 fevral 2026-cı il tarixdə, saat 11 radələrində Cəlilabad rayonu, Komanlı kəndində RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X1 ilə birlikdə xidmətdə olan zaman iki nəfər telefon vasitəsi ilə videoçəkliş edərək onlara yaxınlaşıb onlarla ucadan səs-küy salıbmübahisə etməyə başlamışlar və fəaliyyətlərinə mane olmuşlar. Onlar dəfələrlə onları nizam-intizama dəvət etsələr də həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərinə davam etmişlər. Bundan sonra onlar Cəlilabad RPŞ-nin PPXB-nin əməkdaşlarını köməyə çağıraraq, onların köməkliyi ilə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə təmin etmişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs əməlindən səmimi peşman olması və himayəsində yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı ildə, saat 11:15-də tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar