Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(5-117)-183/2026 25.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızı, X4 tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 05 yanvar 2026-cı il tarixli, EQ 33111580 nömrəli qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X4 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 05 yanvar 2026-cı il tarixli, EQ 33111580 nömrəli qərarının ləğv edilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(5-102)-360/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət xx.xx.2026-cı il tarixdə Cəlilabad Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş sənədlərə baxış zamanı məhkəmə tərəfindən X1 qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyü müəyyən olunmuş, lakin həmin müddətin üzrlü səbəbdən ötürüldüyü barədə hər hansı sənəd, o cümlədən müddətin bərpa edilməsinə dair vəsatəti şikayət ərizəsinə əlavə etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Belə ki, X4 şikayət ərizəsində konkret olaraq hansı tarixli və nömrəli qərarın ləğv edilməsini qeyd etməmiş, şikayətçinin tələbi qeyri-müəyyən olmuşdur. Digər tərəfdən, məhkəmə tərəfindən qeyd olunan qərardan şikayət vermə müddətinin ötürüldüyü müəyyən edilmişdir (şikayət ərizəsinə əlavə olunan qərarın xx.xx.2026-cı il tarixində qəbul olunduğu qeyd olunmuş, qərardan şikayət isə 13 fevral 2026-cı il tarixində verilmişdir). Odur ki, hazırkı vəziyyətdə məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Buna baxmayaraq, X3 izah edilir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra (yəni inzibati tənbeh vermə haqqında qərar və müddət üzrlü səbəbdən ötürüldüyü təqdirdə müddətin bərpasına dair vəsatət əlavə edilməklə) yenidən şikayətlə məhkəməyə müraciət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan aktlar siyahısına aid olmamasını və inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun İXM-də nəzərdə tutulmamasını nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X4 tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 05 yanvar 2026-cı il tarixli, EQ 33111580 nömrəli qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X3 qaytarılmalı və şikayətçiyə AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 05 yanvar 2026-cı il tarixli, EQ 33111580 nömrəli qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 05 yanvar 2026-cı il tarixli, EQ 33111580 nömrəli qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X3 qaytarılsın. X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 05 yanvar 2026-cı il tarixli, EQ 33111580 nömrəli qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №3(5-117)-183/2026
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(5-117)-183/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver