Məhkəmə qərarları › İş №3(5-117)-189/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-189/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-189/2026 25.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixində Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən X6 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 18 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən X6 icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında bildirmişdir ki, X6 bu gün borcdan 4.560 manat məbləğində ödəniş etmiş, ödənilməmiş borc 15.240 manat təşkil edir. Zərərçəkmiş şəxs X12 ilə danışılmış, o, qalıq borcun hissə-hissə ödənilməsinə razı olduğunu bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru barəsində inzibati qaydada icraat aparılan şəxsin uzun müddət işləmədiyini və adına hər hansı əmlakın aşkar edilmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 öz izahatında göstərmişdir ki, o, uzun müddət işləməmiş və borcu tam ödəməyə maddi imkanı yoxdur. O, bu gün icra vərəqəsi üzrə qalıq borcdan 4.560 manat ödəniş etmiş, qalan 15.240 manat pulun isə 1 ay və ya 1 ay yarım müddətində ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişdir. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(106)-1976/2024 saylı icra vərəqəsindən görünür ki, X1 19.800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 160 manat məbləğində pul vəsaitinin alınaraq X10 ödənilməsi qət edilmişdir. Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən X9 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 24 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 25 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1124/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 23 dekabr 2020-ci il tarixdə doğulmuş X5 və 28 aprel 2022-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs gəlirlərinin 1/3 hissəsi və sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hazırda Şəxs 2425 manat borcunun olduğu bildirmiş göstərilənlərə əsasən borclu Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində tətbiq ediləcək tənbeh tədbirinin məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, icra məmuru tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, aliment borcunun tutulması icra sənədinə əsasən onun əmək haqqına yönəldilmiş və həmin məbləğlər mütəmadi olaraq əmək haqqından tutulmuşdur. Bundan əlavə, o, müxtəlif vaxtlarda könüllü qaydada da ödənişlər etmiş və bunu təsdiq edən ödəniş qəbzlərinin mövcud olduğunu bildirmişdir. Şəxs aliment öhdəliyindən yayınmaq niyyətinin olmadığını qeyd etmişdir. Həmçinin göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 1124/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və iş hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Bu səbəbdən o, barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi 17 dekabr 2025-ci il tarixdə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən aliment məbləğinin tutulması onun məhkəməyə müraciət etdiyi tarixdən, yəni 03 mart 2025-ci il tarixdən hesablanmışdır. O qeyd etmişdir ki, hazırda aliment məbləği borclunun əmək haqqından icra qaydasında tutulur. Lakin qətnamə ilə müəyyən edilmiş 03 mart 2025-ci il tarixdən tutulmaların faktiki başlandığı tarixədək yaranmış aliment borcu bu günədək ödənilməmişdir. Borclu həmin dövr üzrə hesablanmış borcun könüllü qaydada ödənilməsi üçün heç bir tədbir görməmiş, yaranmış borcun ləğvi istiqamətində hər hansı təşəbbüs göstərməmişdir. Göstərilən halları nəzərə alaraq, tələbkar aliment üzrə yaranmış borcun tam məbləğdə borcludan tutulmasını və icra sənədinin tələblərini yerinə yetirmədiyinə görə Şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1124/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, 03 mart 2025-ci ildən başlayaraq yetkinlik yaşına çatmayan 23 dekabr 2020-ci il tarixdə doğulmuş X5 və 28 aprel 2022-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi və sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir; - xx.xx.2026-cı il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1124/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır; - xx.xx.2026-cı il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, bildiriş borclu Şəxs təqdim edilərək, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1124/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsində göstərilən tələbi dərhal könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır; - e17908/2026-30-18 nömrəli “Borclunun gəlirindən tutulma ilə bağlı” müraciətdən görünür ki, icra məmuru tərəfindən icra sənədinin vaxtında və tam həcmdə icrasının təmin edilməsi məqsədilə borclunun işlədiyi müəssisəyə rəsmi müraciət ünvanlanmışdır. Həmin müraciətdə icra sənədinin tələblərinə uyğun olaraq borclunun əmək haqqından hər ay müəyyən edilmiş qaydada tutulmaların aparılması, yaranmış qalıq borc tam ödənilənədək borclunun gəlirinin 70 faizinin tutulması xahiş edilmişdir; - ödəniş qəbzlərindən görünür ki, Abasov X3 Əsmər Faiq qızının kart hesabına xx.xx.2025-ci il tarixdə 240 manat, xx.xx.2025-ci il tarixdə 240 manat, xx.xx.2025-ci il tarixdə 240 manat, xx.xx.2025-ci il tarixdə 240 manat, xx.xx.2025-ci il tarixdə 240 manat, xx.xx.2025-ci il tarixdə 240 manat, xx.xx.2026-cı il tarixdə 363 manat pul vəsaiti köçürmüşdür; - AZEMİS informasiya əldə edilmiş məlumatdan görünür ki, Şəxs tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1124/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən xx.xx.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu tam olmasa da, tələbkara maddi imkanının yol verdiyi məbləğdə ödəməsi, qalıq borcunun qalması öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs müəyyən səbəblərə görə icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməmiş, lakin buna baxmayaraq borcun müəyyən hissəsini ödəyərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs aliment borcununun müəyyən hissəsini ödəməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abasov X2 Rayon Məhkəməsinin 2(073)-1124/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə hesab edir ki, göstərilən hal nəzərə alınmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məqsədəuyğun deyildir. Belə ki, mübahisə predmeti olan öhdəliyin həcmi və icrası ilə bağlı məsələ üzrə yekun hüquqi qiymət yuxarı instansiya məhkəməsi tərəfindən verilməlidir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, mövcud şəraitdə Şəxs münasibətdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət qədər hüquqi əsas mövcud deyildir. Göstərilənlər nəzərə alınaraq onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məqsədəuyğun hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar