Məhkəmə qərarları › İş №3(5-117)-192/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-192/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-192/2026 26.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, Şəxs – xx.xx.1964-cü ildə Cəlilabad şəhəri, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Cəlilabad şəhəri, Fizuli küçəsində nömrəsiz evdə yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 26 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Zeynalov X2 şəhəri, Fizuli küçəsində yaşadığı evin həyətində xx.xx.2026-cı il tarixdə, saat 13:00 radələrində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə sprtli içki olan araq qəbul etmiş və yaşadığı evin qarşısı yaşayan X1 ilə aralarında mülki problem olduğu üçün sonucu ilə aralarında mübahisələri var. Həmin tarixdə yaşadığı evin həyətinə daxil olarkən, sonuncunun yaşadığı evin həyətində yerləşən çardağın onun fərdi evinə söykəndiyini görüb, yenidən küçəyə şıxmışvə həmin vaxt qonşusu Səadət İskəndərovun yaşadığı evin küçə darvazasından həyətə daxil olmaq, lakin həmin qapının kilidli olması ilə küçədən sonuncunun əvvəlcə çağırmış və sonra isə sərxoş olduğu üçün, barəsində xoşagəlməz idafələr işlətmişdir. O, həmin vaxt qonşusu Səadət İskəndərovaya qarşı həlayiq ifadələr işlətmişdir. Ona görə də əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf ifadəsi ilə yanaşı, şahidlərin və işdə olan digər sənədlərlə tam təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X4 Bölməsinin 31 yanavr 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar