Məhkəmə qərarları › İş №3(5-117)-209/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-209/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-209/2026 05.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayeva Aynur İsa qızının katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Cəlilabad şəhəri, N.Nərimanov küçəsi, ev 38 qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Quliyev X6 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-1431/2025 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-225/2025 saylı qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququnun icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, həmin qərardad qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-1431/2025 saylı icra sənədinə əsasən 16 yanvar 2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddindı sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borcludan icra vərəqəsində göstərilən tələbi icra etməsi tələb olunmuş, borclu maddi imkanının olmadığını bildirərək, icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Buna görə də barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məykəməyə verilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-225/2025 saylı qərardadına ilə Şəxs ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra da Şəxs icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qəsdən və qərəzli olaraq yayınmışdır. Hazırda borclunun icra sənədi üzrə 4396 manat aliment borcu vardır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-1431/2025 saylı icra sənədinə əsasən 16 yanvar 2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddindı sabit pul məbləğində aliment ondan tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı ona bildiriş göndərilmişdir. Maddi imkanı olmadığından yaranmış borcunu ödəyə bilməmişdir. İşsizdir, maddi imkanı zəifdir. Lakin uşağın saxlanması üçün tələbkara bir neçə dəfə maddi dəstək olub, hətta bu yaxınlarda ailəlikcə doğum günü də qeyd ediblər. Qeyd edilənlərin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəxs müxtəlif bəhanələr gətirərək, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Şəxs dəfələrlə həmin borcunu ödəməsini tələb etmiş, lakin o, maddi imkanı olmasına baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Uşağına laqeyd münasibət göstərir, onunla maraqlanmır. Hesab edir ki, müəyyən gün şəxsin həbs edilməsi bocrlu üçün yetərli islah vasitəsi hesab edilə bilməz, buna görə də borclunun cinayət məsuliyyətinə cəlb edilməsini zəruri sayır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan və bildirişdən görünür ki, müvafiq icra vərəqəsi üzrə icraata başlanılmış və borcluya bu barədə bildiriş göndərilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-225/2025 saylı qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququnun icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi inzibati tənbeh tədbirinin nisbətən aşağı həddə tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddəti 05 mart 2026-cı il tarixdən, saat 16:20-dən hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar