Məhkəmə qərarları › İş №3(5-117)-26/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-26/2026

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-26/2026 08.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Rüstəmli Ruslan Fərahim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-ci il tarixdə Cəlilabad rayonu, Mikayıllı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 08 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Cəlilabad Rayon Məhkəməsinin qərarlarına əsasən borclu Şəxs 4090,30 manat pul alınaraq “İcbari Sığorta Bürosuna”, 980 manat Zərərçəkmiş şəxs, 954,48 manat pul alınaraq "xxxx" BOKT MMC-yə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-2392/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 4030 manat borc və 60,33 manat dövlət rüsumu tutularaq “İcbari Sığorta Bürosu” HŞİ-yə ödənilməlidir. Lakin Şəxs tərəfindən Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-2392/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi icra edilməmişdir. Bundan başqa Cəlilabad Rayon Məhkəməsinin 2(073)-458/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 940 manat borc və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin Şəxs tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 2(073)-458/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi icra edilməmişdir. Bundan başqa ünvan 1aylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Şəxs 929,49 manat borc və 25 manat dövlət rüsumu alınaraq "xxxx" BOKT MMC-yə ödənilməlidir. Hazırda onun ümumilikdə 6026 manat borcu vardır. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq Şəxs tərəfindən icra vərəqələri üzrə heç bir ödəniş edilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, icra vərəqələrinə əsasən borc öhdəliyi mövcuddur və həmin borcu ödəməkdən yayınmaq niyyətində deyil. Lakin hazırda barəsində tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzası səbəbindən işləmək və müntəzəm gəlir əldə etmək imkanı yoxdur. Bundan əlavə qeyd etmişdir ki, maddi imkanı olduqca zəifdir və borcun vaxtında ödənilməməsi onun qəsdən davranışı ilə deyil, mövcud hüquqi məhdudiyyətlər və maddi imkanının olmaması ilə bağlıdır. İcra məmurunun tələblərinin yerinə yetirilməməsində hər hansı qərəz yoxdur. Göstərilən halların nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(073)-2392/2023 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs subroqasiya qaydasında 4030 manat sığorta ödənişinin əvəzi və 60,30 manat dövlət rüsumu alınaraq iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-yə ödənilməlidir; - “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(073)-2392/2023 saylı icra vərəqəsi üzrə icraat başlanılmış və xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir; - ünvan 1aylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Şəxs 929,49 manat borc və 25 manat dövlət rüsumu alınaraq "xxxx" BOKT MMC-yə ödənilməlidir; - “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən qəbul edilmiş 8i-9954 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə icraat başlanılmış və xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir; - Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-458/2024 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 940 manat borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir; - “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-458/2024 saylı icra vərəqəsi üzrə icraat başlanılmış və xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir; - “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, ünvan 1aylı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(073)-2392/2023 saylı və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-458/2024 saylı icra vərəqələri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Göründüyü kimi, Şəxs yaranmış borcunu icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 08 yanvar 2026-cı il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar