Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-36/2026 12.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1989-cu ildə Cəlilabad rayonu, Muğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Muğan kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Cəlilabad Rayon Polis Şöbəsindən inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2026-cı il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokolda görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu, Pərdi kəndində yaşayan Zərərçəkmiş şəxs döyərək xəsarətlər yetirmiş və onu söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, 16 sentyabr 2025-ci il tarixdə saat təxminən 01 radələrində Əslinin yaşadığı Cəlilabad rayonu, Pərdi kəndinə uşasqlarını görməyə getmişdir. Qapını döymüş və qapını qızı Sahilə açmışdır, onunla görüşdükdın sonra oğlu Əli də ora gəlmiş və onunla da görüşmüşdür, bir qədər sonra ora keçmiş arvadı Əsli gəlmiş ucadan qışqıraraq “qoymayın məni oldürəcək” deyib həyətə qaçmış bu səs küydən sonra ora Şahin və arvadı Vəsilə gəlmişdir. Şahin balta ilə onun üzərinə gəlib onu öldürəcəyini demiş, daha sonra baltanı yerə atıb, kənarda olan elektrikli mişarı götürüb işə salaraq üstünə gəlmiş və onu doğrayacağını demişdir. Həmin vaxtı Vəsilə mişarı onun əlindən alaraq kənara atmışdır. Daha sonra Şahin zəng edərək qardaşı Adili də ora çağırmışdır. Adil də bir qədər sonra arvadı Yaqutla ora gəlmişdir. Adil yerdə olan odun parçasını götürüb onun üzərinə atmışdır. Bundan sonra Şahin hər iki əlində bıçaqla onun üstünə hücum cəkmiş və bucaqla özünə xəsarət yetirmişdir. Amma o heç kimə xəsarət yetirməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 15 sentyabr 2025-ci il tarixdə saat 23 radələrində Qulaməli oğlunun telefonuna zəng edib danışmış, təxminən saat 00 radələrində oğlu və o yatmış, qızları isə hələ də oyaq olmuşlar, təxminən saat 01 radələrində başının üzərində hərkət hiss edib oyanmışdır, Qulaməlinin başının üstündə hər iki əlində buçaqla görmüş, daha sonra oğlu da oyanmışdır, bir qədər sonra qızları da oraya gəlmişdir. Qulaməli onu öldürəcəyini demişdir, o, qorxduğu üçün oğlu ilə birlikdə həyətə qaçmış, Qulaməli də onun arxasınca qaçıb gəlib tutaraq bıçaqı boğazına söykəmişdir o, qışqırıb kömək istədiyi üçün qardaşalrı Şahin və Adil gəlmişlər, Onlar nə qədər Qulaməlyə onu buraxmasını desələr də Qulaməli onların heç birinə məhəl qoymamışdır. X2 üstünə atılmış və bir barmağı kəsilmişdir. Qulaməli onu və qardaşlarını soyüb təhqir etmişdir. Həmin vaxtı Qulaməlinin gətirdiyi bucaqlardan biri sınıb həyətə düşmüş, Qulaməli isə ordan uzaqlaşaraq qaçmışıdr. Bu barədə qardaşı Şahin DİN-nin 102 xdmətinə məlumat vermişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 anası Zərərçəkmiş şəxs iştrakı ilə izahatında göstərdi ki, 15 sentyabr 2025-ci il tarixdə saat 23 radələrində atası Qulaməli qardaşının telefonuna zəng edib danışmış, təxminən saat 00 radələrində anası və qardaşı yatmış o və baçısı oyaq olmuşlar, təxminən saat 01 radələrində atası Qulaməli gəlmiş və onunla görüşüb söhbət etdikdən sonra anasının yatdığı otağına keçmiş, bir qədər sonra ordan ucadan səs eşitdikdən sonra onlar da oraya gəlmişdir. Atası əlində bucaq anasına onu öldürəcəyini demişdir, anası həyətə qaçmış, atası da onun arxasınca qaçıb onu tutaraq bıçaqı boğazına söykəmişdir anası qışqırıb kömək istədiyi üçün əmiləri Şahin və Adil gəlmişlər, Onlar nə qədər Qulaməliyə anasını buraxmasını desələr də Qulaməli onların heç birinə məhəl qoymamış, onları söymüşdür. X5 üstünə atılmış və həmin vaxtı əli kəsilmişdir. Atası Qulaməli ordan uzaqlaşaraq getmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İnzibati Xətalar Məcəlləsinin 157-cu maddəsi üzrə isə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsəasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılmasıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Qeyd olunan cinayət qanunvericiliyi normalarından görürür ki, təhqir, yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci maddəsində göstərilən cinayət üzrə həyata keçirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qohumları Adil və Şahin adlı şəxsləri söyməsinə görə əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi yaranmır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 688 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs başın təpə nahiyyəsində əzilmiş səthi yara və sol bud nahiyyəsində kəsilmiş yara müəyyən olunmuş, müəyyən olunmuş xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X4 Bölməsinin 18 dekabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-115, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(5-117)-36/2026
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-36/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver