Məhkəmə qərarları › İş №3(5-117)-43/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-43/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-43/2026 15.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayeva Aynur İsa qızının katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Cəlilabad rayonunun Əliabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Əliabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(024)-638/2025 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-428/2025 saylı qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququnun icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, həmin qərardad qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(024)- 638/2025 saylı icra vərəqəsinə əsasən 02 oktyabr 2025-ci il tarixdən başlayaraq xx.xx.1996cı il təvəllüdlü Şəxs yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 180 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs qızına verilməlidir. İcra vərəqəsi Qax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borcludan icra vərəqəsində göstərilən tələbi icra etməsi tələb olunmuş, borclu maddi imkanının olmadığını bildirərək, icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Buna görə də barəsində təqdimat məykəməyə verilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-428/2025 saylı qərardadı ilə Şəxs oğlunun ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra da Şəxs icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qəsdən və qərəzli olaraq yayınmışdır. Hazırda borclunun icra sənədi üzrə 900 manat aliment borcu vardır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, 02 oktyabr 2025-ci il tarixdən başlayaraq 22 iyul 2024-cü il təvəllüdlü Şəxs yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 180 manat sabit pul məbləğində aliment ondan alınıb iddiaçı Zərərçəkmiş şəxs qızına verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı ona bildiriş göndərilmişdir. Maddi imkanı olmadığından yaranmış borcunu ödəyə bilməmişdir. İşsizdir, maddi imkanı zəifdir. Qeyd edilənlərin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İşdə olan Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində alimentin alınıb iddiaçı Zərərçəkmiş şəxs Maksikoyevnaya verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərardan görünür ki, icra sənədi üzrə Cəlilabad rayon İcra və probasiya şöbəsində icraata başlanılmış, tələbin könüllü icrası barədə Şəxs bildiriş göndərilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-428/2025 saylı qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququnun icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə borcun məbləğini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi inzibati tənbeh tədbirinin nisbətən aşağı həddə tətbiq edilməsini məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddəti 15 yanvar 2026-cı il tarixdən, saat 17:55-dən hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar