Məhkəmə qərarları › İş №3(5-117)-45/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-45/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-45/2026 06.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xətanı törətmiş şəxs Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, X5 İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-in 428.7.3cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 07 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 07 yanvar 2026-cı il tarixdə, saat 15:43 radələrində Şəxs Məhdud Məhsuliyyətlinin nəzdində fəaliyyət göstərən “Eveko” adlı reklam yayıcısı tərəfindən Cəlilabad şəhəri, M.Hüseyn küçəsində açıq məkanda reklam yayımının həyata keçrilməsi ilə bağlı qanunvericiliyin pozulması halları barədə verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmişdir. Məhkəmə iclasında X5 İdarəsinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin nəzdində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində fəaliyyət göstərən “Eveko” adlı mağazada müvafiq icazə sənədi olmadan qanunsuz reklam yayımlanması aşkar olunmuşdur. Reklamların qanunsuz yayımlanması faktı ilə bağlı fəaliyyət göstərən Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin Cəlilabad şəhəri, M.Hüseyn küçəsində fəaliyyət göstərən “Eveko” mağazasına X5 İdarəsininnin əməkdaşları şifahi xəbərdarlıq və yazılı göstəriş təqdim etmişlər, onlara həmin gün reklam plakatlarının söküləcəyi bildirilmiş, lakin reklam əməkdaşları bir neçə dəfə obyektə baxış keşirsələr də reklam plakatlarının sökülməməsi müəyyən olunmuşdur. Bundan başqa reklam yayımı üçün müvafiq icazə sənədinin alınmasından ötrü X5 İdarəsinə müraciət etməmişlər. Bunula da, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinin, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələbləri pozulmuşdur. X5 İdarəsinin qanunla üzərinə qoyulan məsuliyyət və səlahiyyətlər çərçivəsində Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin barəsində müvafiq tədbir görülməsi üçün protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin barəsində hüquqi şəxs kimi protokol tərtib edilmişdir və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İnzibati xətanı törətmiş şəxs İnzibati xətanı törətmiş şəxs Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin nəzdində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində fəaliyyət göstərən “Eveko” mağazası fəaliyyət göstərir. X5 İdarəsinin əməkdaşları obyektə gələrək reklama görə müqavilə bağlamağı təklif etmişlər və yazılı göstəriş vermişlər, protokol tərtib olunduqdan sonra onlar reklam plakatlarını sökmüşlər. Ona görə də onların barəsində tətib edilmiş izibati protokolun təmin edilməməsini xahiş etdi. İnzibati xətanı törətmiş şəxs Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin bu əməli inzibati xəta haqqında protokolla və Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsinin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. 1.İş materiallarında olan Lenkəran Reklam İdarəsinin Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 11-3-6/2-1853/2025 saylı müraciətə baxılmasının nəticəsindən görünür ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayanaçıq məkanda reklam qyurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçrilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetrilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasına səbəb olur və müvafiq xətanın törədilməsinə görə vəzifəli şəxs 1500 manatdan 2500 manatadak məbləğində cərimə edilir. 2.İş materiallarında olan poçt göndərişi barədə xəbərnamədən görünür ki, Lənkəran Reklam İdarəsinin Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə çatdırılmışdır. 3.İş materiallarında olan Lənkəran Reklam İdarəsinin Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 11-3-6/2-2008/2025 saylı bildirişin sürətindən görünür ki, Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsinə əsaəsn sizin izahat vermək, sübutlar təqdim emək, vəsatət və etirazlar vermək, həmin Məcəllənin 100.3-cü maddəsinə əsəasn imza edərək protokolun sürətini qəbul etmək hüququnun olması izah olunmuşdur. Bu məqsədlə xx.xx.2026-cı il tarixdə, saat 14:50-də ünvan 2 ünvanda yerləşən “Eveko” obyektində olmağınız (səlahiyyətli nümayəndənizi göndərməyiniz) xahiş olunmuşdur. 4.İş materiallarında olan poçt göndərişi barədə xəbərnamədən görünür ki, Lenkəran Reklam İdarəsinin Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə çatdırılmışdır. 5.İşə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin 07 yanvar 2026-cı il tarixli, 01 nömrəli baxış aktının surətindən görünür ki, Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsus “Eveko” obyekti fasadlarında (divarlarında hasarlarında) dam örtüklərində, bayıra ünvanlamaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarda və yeraltı keçidlərdə, hava şarlarının aerostat və dirijablların üzərində yerləşdiyi reklamların İdarə tərəfindən 02.1.205-ci il tarixli, 11.3.6/2-1853/2025 nomrəli akt və yazılı göstərişin (müraciətə baxılmasının nəticəsi barədə) 05 dekabr 2.025-ci il tarixdəçatmasına, imtina etməsinə (poçt qəbzi ilə təstiq olunur), şəxsən özünə təqdim edilməsinə və ya özünün imza etməsinə baxmayaraq obyektə tərəflərindən təkrar baxış keçirilərkən yuxarıda göstərilən ünvanda yerləşən obyektə reklam yayıcısı Şəxs MMC-nin ona təqdim edilmiş yazılı göstərişə (müraciətə baxılmasının nəticəsi barədə) icra edilməməsi fatı aşkar edilmişdir. 6.İş materiallarına əlavə edilmiş 07 yanvar 2026-cı il tarixli protokolun tərtib edilməsində barəsində inzibati xəta haqqında icraatı aparılan şəxsin (nümayəndəsinin) iştrak etməməsi barədə aktın sürətindən görünür ki, Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsus “Eveko” ünvanında açıq məkanda reklam yayımının həyata keçrilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş yazılı göstərişin (müraciətə baxılmasının nəticəsi) icra edilməməsi ilə əlaqədar olaraq Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən "xxxx" MMC-nin nümayəndəsi (poçt vasitəsilə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq) iştrak etməmişdir. İş materiallarında olan fotoşəkillərdən və üzərində olan tarixdən görünür ki, Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin nəzdində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində fəaliyyət göstərən “Eveko” obyekti qanunsuz olaraq reklam yayımlamış və xx.xx.2026-cı il tarixdə, saat 15:43-də qanunsuz reklam yayımlanması aradan qaldırılmaışdır. Bununla da Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin nəzdində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində fəaliyyət göstərən “Eveko” Azərbaycan Respublikası İXM-in 428.7.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan müvafiq çıxarışdan görünür ki, ********** saylı VÖEN-lə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanda yerləşən Şəxs hüquqi şəxs kimi ƏDV qeydiyyatındadır. Məhkəmə inzibati xəta törətmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanda yerləşən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən hüquqi şəxs olmasını və dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müvafiq icazə sənədinin alınmamasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanda yerləşən Şəxs Azərbaycan Respulikası İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar