Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-46/2026 17.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X11 Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Cəlilabad rayon Muğan Bələdiyyəsi barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2 30 dekabr 2025-ci il tarixli, MN ******* saylı protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəlilabad rayon Təklə Bələdiyyəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə onlar tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Cəlilabad rayon Təklə Bələdiyyəsi ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan 30 dekabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Cəlilabad rayon Təklə bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla X5 2025-ci ilin aprel və may aylarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İşdə olan Təklə bələdiyyə işçilərinin 2025-ci ilin aprel ayı üzrə ödəniləcək əmək haqları cədvəlindən görünür ki, X6 aprel ayı üzrə tam əmək haqqı yazılmışdır. İşdə olan Təklə bələdiyyə işçilərinin 2025-ci ilin may ayı üzrə ödəniləcək əmək haqları cədvəlindən görünür ki, X6 may ayı üzrə tam əmək haqqı yazılmışdır. İşdə olan əmək müqaviləsi bildirişindən görünü ki, X1 rayon Təklə Bələdiyyəsi, Əsas, Vergi məsləhətçisi kimi xx.xx.2025-ci il tarixdə işə başlamış, xx.xx.2025-ci il tarixədək 1 ay müddətinə əmək müqaviləsi bağlanmış və xx.xx.32024-cü il tarixdə isə müqavilə sistemə daxil edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Təklə bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Lənkəran regional şöbəsindən 30 dekabr 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Cəlilabad rayon Təklə Bələdiyyəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş 20000 (iyirmi min) manat məbləğində cərimə cəzası tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad rayon Təklə Bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(5-117)-46/2026
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-46/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver