Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-48/2026 04.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayeva Aynur İsa qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-219923 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, EQ 30755437 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1- 219923 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X2 şikayət verərək, həmin qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsinə əsasən, Cəlilabad Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 3(073)-1271/2025 qərarı ilə şikayətin təmin edilməklə X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30755437 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, 16/1-219923 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, barəsində təkrarən qəbul edilmiş qərar yenidən qanunsuzdur. Belə ki, xətanın fotosunu əks etdirən görüntülərdə avtomobilin şəkilləri düşməmişdir, yalnız bir şəkildə şikayətçiyə məxsus avtomobilin qabaq nömrəsinin şəkli mövcuddur. Habelə xətanın 23.38-də törədilməsi qeyd edilmişdir, lakin həmin fotolardan görünür ki, xəta gündüz vaxtı, hava işıqlı olarkən törədilib. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, 16/1-219923 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan qərarın kəğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi X2 və DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan: - xx.xx.2025-ci il tarixli, 16/1-219923 saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. - Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(073)-1271/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30755437 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün inzibati orqana qaytarılması qərara alınmışdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30755437 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-219923 saylı inzibati xəta haqqında qərarı ləğv edilməli, inzibati material yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(073)-1271/2025 saylı qərarında müəyyən edilmiş göstərişlər icra edilməmiş, inzibati orqan tərəfindən yenidən eyni əsasla eyni qərar qəbul edilmişdir. Məhkəmə şikayətdə göstərilən, inzibati xətanın fotoları ilə bağlı mövcud qeyrimüəyyənliyi də nəzərə alır və hesab edir ki, həmin hal da inzibati orqan tərəfindən araşdırılmalı idi. Həmin fotolardan inzibati xətanın gündüz vaxtı törədilməsi açıq-aşkar görünsə də xətanın törədilmə vaxtı saat 23:38 göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; - 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; - 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 105.1. Həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməklə Cəlilabad RPŞ-nin xx.xx.2025-ci il tarixli, 16/1-219923 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir və iş yenidən baxılması üçün DİN BDYPİ-yə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-219923 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qaytarılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(5-117)-48/2026
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-48/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver