Məhkəmə qərarları › İş №3(5-117)-59/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-59/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-59/2026 05.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası DİN Cəlilabad rayonu Yol patrul xidməti inspektoru polis serjantı X1, X6 Vəkil oğlunun iştirakı ilə, Azərbaycan Respublikası DİN Cəlilabad rayonu Yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsini, əməlinə uyğun olan maddə ilə düzgün hüquqi qiymət verilməsini və təyin olunmuş cərimənin yenidən hesablanmasını və ya ləğv edilməsini başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Aslanov Vüqar Vəkil oğlu tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, Müəyyən etdi: Aslanov Vüqar Vəkil oğlu Azərbaycan Respublikası DİN Cəlilabad rayonu Yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2026cı il tarixli qərarın ləğv edilməsini, əməlinə uyğun olan maddə ilə düzgün hüquqi qiymət verilməsini və təyin olunmuş cərimənin yenidən hesablanmasını və ya ləğv edilməsini başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Aslanov Vüqar Vəkil oğlu verdiyi izahatında göstərdi ki, o, xx.xx.2026-cı il tarixdə yol polisi inspektoru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.4cü maddəsi ilə cərimə tətbiq edilmişdir. Lakin faktiki olaraq törətdiyi hərəkət İXM-nin 327.2ci maddəsinin tərkibinə uyğundur. Belə ki, o, yalnız yol nişanlanma xəttini tapdalayaraq geriyə dönmə manevri etmiş və nəqliyyat vasitəsi tam şəkildə qarşı hərəkət zolağına çıxmamışdır. Qərarda göstərilən 327.4-cü maddənin tətbiqi üçün qarşı istiqamətdə hərəkətin sübuta yetirilməsi tələb olunur. Belə sübut, video, foto, şahid ifadəsi mövcud deyildir və ona təqdim edilməmişdir. Buna baxmayaraq, inspektor tərəfindən ona daha ağır məsuliyyət nəzərdə tutan 327.4-cü maddə əsassız olaraq tətbiq edilmişdir. Həmin gün xx.xx.2026-cı ildə "E-polis" tətbiqi vasitəsilə şikayət ünvanlamış, heç bir nəticəsi olmamışdır. DİN-nin 102 xidmətinə zəng vuraraq şikayətini bildirmişdir, buna baxmayaraq bütün müraciətləri cavabsız qalmışdır. xx.xx.2026-cı il tarixdə şikayəti barədə DİN-nin 102 xidmətinə yenidən müraciət etmiş, ona demişlər ki, hələ araşdırma davam edir. Məlum olduğu kimi digər orqana müraciət etməyi üçün 10 gün müddətin bitməsinə və həmin protokol üzrə şikayətinin işə baxılmamasına zəmin yaradılmışdır. Bu isə onun hüquqlarının müdafiəsinə maneə yaradır. xx.xx.2026-cı il tarixdə saat 08:23 radələrində saxlanılan zaman səhər vaxtı olduğundan Cəlilabad şəhər "Baş" deyilən istiqamətdən mərkəzə doğru gələrkən, prospektə heç bir maneə, sıxlıq və digər səbəb olmadığı üçün qarşı zolaqda əks istiqamətdə hərəkət etmə, ötmə və digər nəqliyyat vasitələrinə maneə təhlükəsi baş verməmişdir. Diaqnostika xəstəxanasına vacib qayıtmaq lazım olduğu üçün qısa müddətli geriyədönmə manevri etmiş və dərhal öz hərəkət istiqaməti üzrə yoluna davam etmişdir. Arxasıyca gələn yol polisi bunu görərək onu saxlamış və sənədlərini yoxlamışdır. Lakin sonradan məlum olmuşdur ki, Yol patrul xidmətinin inspektoru, polis serjantı X4 tərəfindən İXM-nin 327.4-cü maddəsi əsas olaraq tətbiq edilmişdir. Bu maddə onun törətdiyi əmələ uyğun deyildir. Çünki həmin maddəyə əsasən sürücünü tam olaraq əks istiqamətli zolaqda hərəkət etməsi nəzərdə tutulur. Əgər tərəfindən pozuntu olubsa, bu da yalnız üfiqi nişanlanma xəttinin qısamüddətli tapdalanması ilə bağlıdır və bu hal İXM-nin 327.2-ci maddəsi ilə qiymətləndirilə bilər. Ona görə də, xx.xx.2026-cı il tarixdə Cəlilabad rayon Yol polisi idarəsinə gedərək barəmdə verilən inzibati qərarın surətini almağa və fotosurət çıxarmağa məcbur olmuş, çünki xx.xx.2026-cı il tarixdə saxlanma zamanı ona inzibati xəta haqqında protokol və qərar təqdim edilməmişdir. Bu da ciddi qanun pozuntusudur. Həmin qərarın surəti rəsmi qaydada ona göndərilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Azərbaycan Respublikası DİN Cəlilabad rayonu Yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsini, əməlinə uyğun olan maddə ilə düzgün hüquqi qiymət verilməsini və təyin olunmuş cərimənin yenidən hesablanmasını və ya ləğv edilməsini başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Cəlilabad rayonu Yol patrul xidməti inspektoru polis serjantı X4 verdiyi izahatında göstərdi ki, o, xx.xx.2026-cı il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman Cəlilabad rayon sakini Aslanov Vüqar Vəkil oğlu avtomobil idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozaraq birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyini müəyyən edərərk ona, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində xx.xx.2026-cı il tarixli, İXP ******* saylı saylı inzibati xəta haqqında protokol və onun əsasında xx.xx.2021-ci il tarixli qərarın qəbul etmişdir. Qəbul etdiyi qərar qanuni və əsaslıdır və məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN Cəlilabad rayonu Yol patrul xidməti inspektoru polis serjantı X1 xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoluna əsasən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Aslanov Vüqar Vəkil oğlu Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan videogörüntüdən görünür ki, “Chevrolet Cobat” minik markalı, **- AT-*** dövlət qeydiyyat nömrəli avtomobilin üfiqi nişanlama xətlərinin tələbini pozaraq geriyə dönmə hərəkəti etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı göstərilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiüi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsaəsn svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Qeyd olunan inzibati xəta haqqında normaların mənasından göründüyü kimi “Chevrolet Cobat” minik markalı, **-AT-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Aslanov Vüqar Vəkil oğlu üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək geriyə dönməklə onun əməlində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati hüquqpozma hadisəsi yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Aslanov Vüqar Vəkil oğlunun xx.xx.2026-cı il tarixdə ona istinad olunan Azərbaycan Respublikasının İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Aslanov Vüqar Vəkil oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası DİN Cəlilabad rayonu Yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2026cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Cəlilabad Rayon Polis Şöbəsinin X3ytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şikayət təmin edilsin. Aslanov Vüqar Vəkil oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası DİN Cəlilabad rayonu Yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərar ləğv edilsin. İnzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Cəlilabad Rayon Polis Şöbəsinin X3ytarılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar