Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-69/2026 05.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şəxs ona istinad olunan inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, EQ 27073810 saylı protokolun surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə istifadəsində olan «RENAULT MEGAN MİNİK» markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı-Ələt-Qazax Gürcüstan yolu 68 km istiqamətində yolda müəyyən edilmiş hərəkət surətini saatda 20 km surət həddində aşmağına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X3 X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixdə protokol tərtib edilərək, 10 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan, EQ 27861645 saylı protokolun surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə istifadəsində olan «RENAULT MEGAN MİNİK» markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı-Ələt-Qazax Gürcüstan yolu istiqamətində yolda müəyyən edilmiş hərəkət surətini saatda 41 km surət həddində aşmağına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X3 X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixdə protokol tərtib edilərək, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan, EQ 27841749 saylı protokolun surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə istifadəsində olan «RENAULT MEGAN MİNİK» markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Ələt-Astara yolu 142-ci km Astara yolu istiqamətində yolda müəyyən edilmiş hərəkət surətini saatda 41 km surət həddində aşmağına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X3 X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixdə protokol tərtib edilərək, 10 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan, EQ 28881466 saylı protokolun surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə istifadəsində olan «RENAULT MEGAN MİNİK» markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının qanuni ilə müəyyən edilmiş müddətdə texniki baxışdan küçimədiyinə görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X3 X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixdə protokol tərtib edilərək, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan, EQ 27034255 saylı protokolun surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə istifadəsində olan «RENAULT MEGAN MİNİK» markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının qanuni ilə müəyyən edilmiş müddətdə texniki baxışdan küçimədiyinə görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X3 X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixdə protokol tərtib edilərək, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində çıxarılmış inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmiş və buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Masallı rayon X3 X4 tərəfindən xx.xx.2025-ci il tarixdə İXP ******* saylı, xx.xx.2025-ci il tarixdə İXP ******* saylı, xx.xx.2025-ci il tarixdə İXP ******* saylı, xx.xx.2025-ci il tarixdə İXP ******* saylı və xx.xx.2025-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə cərimə olunduğu məbləği qanunla müəyyən olunan müddətdə ödəmədiyindən nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(5-117)-69/2026
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-69/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver