Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(5-118)-14/2026 09.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Daşkəsən rayonu, Yolqullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Daşkəsən rayonu Yolqullar kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, borclu Verdiyev X1 Rayon Notariat Kontorunun 8İ-931 saylı xx.xx.2025-ci il tarixli icra qeydi üzrə Şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilməli olan 8025 (səkkiz min iyirmi beş) manat məbləğində borcunu ödəməmiş və icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Daşkəsən Rayon Notariat Kontorunun 8İ-931 saylı xx.xx.2025-ci il tarixli icra qeydi üzrə Şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilməli olan 8025 (səkkiz min iyirmi beş) manat məbləğində borcunu ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(030)- 274/2025 saylı qərarı ilə eyni icra sənədi üzrə borcunu ödəmədiyinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Borclu barəsində cərimə növündə verilmiş inzibati tənbeh tədbirindən nəticə çıxarmadığına görə barəsində yenidən inzibati protokol tərtib olunmuşdur. Odur məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, heç bir yerdə işləmədiyinə görə borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında borcunun ödənilməsini əks halda borcluya qanunauyğun inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə protokolu nəzərdən keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan məhkəmə baxışının təşkili mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, borclu barəsində inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülməmiş, borcluya icra üçün yeni müddət təyin edilməmiş, bu barədə borcluya bildiriş verilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Yuxarıda qeyd olunanlara əsasən, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə təqdim olunmuş materiallar natamam sayılır və işə baxılarkən bunların tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(5-118)-14/2026
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(5-118)-14/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver