Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(5-118)-3/2026 13.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.2002-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində cərimə təyin olunmasına dair Daşkəsən Rayon Polis İdarəsinin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Əliyev X6 Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada poçt və sms vasitəsi ilə məlumat verilmiş Şəxs üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə əlavə olunmuş inzibati xəta haqqında Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində EQ 27853946 nömrəli elektron qərar üzrə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş DİN-nin DYP Web portalından çıxarılmış EQ 27853946 saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş “AsanPay Ödəniş Portalı”-ından çıxarışın surətindən görünür ki, Şəxs barəsində tərtib edilən EQ 27853946 nömrəli elektron qərar üzrə cəriməni dəbbə pulu ilə birlikdə ödəmişdir. Hazırda onun barəsində inzibati material üzrə ödənilməmiş cəriməsi yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Lakin işə əlavə edilmiş “AsanPay Ödəniş Portalı”-ından çıxarışların surətindən görünür ki, Şəxs barəsində olan cərimələri dəbbə pulu ilə birlikdə ödəmişdir. Hazırda onun barəsində inzibati material üzrə ödənilməmiş cəriməsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 529.3-cü maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 529.3-cü maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev əsli ilə düzdür Hakim: Mustafa Mustafayev Qərar 05 iyun 2023-cü il tarixində qanuni qanuni qüvvəyə minmişdir. Sədr vəzifəsini müvəqqəti icra edən: Mustafa Mustafayev İş № 3(030)-312/2025 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ MƏHKƏMƏ BAXİŞ İCLASİNİN PROTOKOLU Daşkəsən Rayon Məhkəməsi xx.xx.2025-ci il Daşkəsən şəhəri X11 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 529.3-cи mаддяси иля топланмыш инзибати хята щаггында ишя ачыг мящкямя иъласында бахылыр. Иълас саат 12:20-də башланды. Sədrlik edən мящкямя иъласыны ачараг Şəxs барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 529.3-cи маддяси иля топланмыш инзибати хята щаггында ишя бахылдыьыны və işin qısa məzmununu елан едир. Sədrlik edən məhkəmə prosesi iştirakçısının gəlməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Мящкямя иъласынын катиби мярузя едяряк эюстярир ки, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada poçt və sms vasitəsi ilə məlumat verilmiş Şəxs üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçirir. Sədrlik edən qərarın чыхарылмасы цчцн мцшавиря отаьына эедир. Sədrlik edən мцшавирə отаьындан гайыдыр вя гярары охуйуб елан едир. Sədrlik edən мящкямя иъласыны saat 12:25-də баьлы елан едир. Протокол xx.xx.2025-ci ил тарихдя тяртиб olunmuшdur. Sədrlik edən: ________________ Kənan Vəliyev Katib: __________________ Bəylər Fərzəliyev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Faks:(022)215-47-55. İş 3(030)-135/2023 19 iyun 2023-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 idarəsinin rəisi, polis generalmayoru cənab Ramiz Zeynalova Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 idarəsinin X7, İmtahan və Texniki Baxış şöbəsinin rəisi, polis mayoru cənab Eldar Əliyevə surəti: Daşkəsən rayon Polis Şöbəsinə surəti: X5 (Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 1B mənzil 20-də qeydiyyatda olan) X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 3(030)-135/2023 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qərarın icraata götürülməsi barədə mütləq şəkildə məhkəməyə rəsmi məlumat verilməsini xahiş edirik. Qoşma: Qərarın surəti (hər bir ünvana) – “01” vərəqədə. Sədr vəzifəsini müvəqqəti icra edən hakim: Tural Qocayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Faks:(022)215-47-55. İş 3(030)-223/2022 27 sentyabr 2022-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 idarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalova surəti: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin rəisi, polis polkovniki, cənab Seymur Əfəndiyevə surəti: X3 (Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olan) (məlumat üçün) X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 3(030)-223/2022 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qərarın icraata götürülməsi barədə mütləq şəkildə məhkəməyə rəsmi məlumat verilməsini xahiş edirik. Qoşma: Qərarın surəti (birinci və ikinci ünvana) - «_01_» vərəqədə. Hörmətlə, Sədr vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(5-118)-3/2026
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(5-118)-3/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver